Manşet

Prezident QHT-lərə yeni məhdudiyyətlər gətirəcək dəyişiklikliyi təsdiqlədi

31 İyul, 2025
82

Foto: açıq mənbə

Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatları (QHT) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişikliyi təsdiq edib.

Yeni dəyişikliyə görə, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi haqqında müqavilələr üzrə bank və hər hansı digər əməliyyatların aparılması qadağan olunur. 

Qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və bununla əlaqədar maliyyə vəsaiti qəbul edilməsi inzibati məsuliyyətə səbəb olacaq. 

Azərbaycanda müstəqil QHT-ləri hədəfə alan qanunvericilik 2014-cü ildə qəbul olunub və həmin il bir çox QHT-lərə qarşı cinayət işi açılıb. 

Bu cinayət işinə 2023-cü ildə xitam verilsə də, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı aparılan həbslər fonunda bu ilin martında yenidən açılıb. 

Bu il martın 14-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə Alyansı”nın rəhbəri Məmməd Alpay Məmmədzadə QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunublar.

ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olunub, istintaq müddəti ərzində polis nəzarətinə verilib.

Eyni cinayət işi üzrə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarışa verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Manşet

Rusiya Şahin Şıxlinski barəsində axtarış elan edib

30 İyul 2025

Foto: açıq mənbə

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib.  Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Şıxlinskinin konkret olaraq hansı cinayət maddəsi ilə axtarıldığı məlum deyil.  Şahin Şıxlinski iyulun 1-də Rusiyada oğlu ilə birlikdə saxlanılmışdı. Sonradan Şahin Şıxlinski sərbəst buraxılıb, lakin oğlu Mutvalı Şıxlinski “hakimiyyət nümayəndəsinə zor tətbiq etmə” maddəsi ilə istintaq təcridxanasına göndərilib. Şıxlinskinin dindirilməsindən bir neçə gün əvvəl Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanları Azərbaycan mənşəli 50-dən çox şəxsi saxlamışdı, onlardan iki nəfər sonradan ölüb. Azərbaycana əsilli şəxslərin Rusiyada saxlanılması Bakı ilə Moskva arasında münasibətlərin pisləşməsinə səbəb olub. Buna cavab olaraq, Azərbaycan tərəfi də bir neçə Rusiya vətəndaşını saxlayıb —...
Manşet

9 beynəlxalq təşkilat “Abzas”çılara qarşı pis rəftarı pisləyib 

29 İyul 2025

Foto: Abzas Media

9 beynəlxalq media təşkilatı həbsdə olan “Abzas Media” jurnalistlərinə qarşı pis rəftarı pisləyən bəyanat yayıb.  İyulun 29-da yayımlanan birgə bəyanatda təşkilatlar jurnalistlərə qarşı “artmaqda olan pis rəftardan dərin narahatlıq” keçirdiklərini bildiriblər və Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.  “Biz tələb edirik ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etsin, dərhal tibbi yardıma və hüquqi yardıma çıxışı mümkün etsin və Azərbaycanın beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etsin”, - deyə qeyd olunub.  Təşkilatlar həbsdə aclıq edən “Abzas Media” direktoru Ülvi Həsənlinin “qəbuledilməz şərtlərdə” saxlanıldığını, Umbakı həbsxanasında ona təmiz paltar verilmədiyini, habelə təcridxana işçiləri...

Seçilmiş Videolar

Toplum TV loqo