İqtisadiyyat

Tək bir bankda milyardlıq əmanəti olan 20 nəfər kimdir?  

23 İyul, 2025
621

Foto: açıq mənbə

“Ölkədə əmanətlərin 63 faizi prezident ailəsinə məxsus banklardadır”

Cəmiyyətin gözü qarşısında milyonlarla dollar dəyəri olan mülklərə malik saysız-hesabsız insanların olduğu ölkədə rəsmi şəkildə tanınan milyonçuların olmaması paradoksdur. 

Problem ondadır ki, özəl biznesdə çalışanlar da hökumət məmurları kimi şəffaflıqdan maksimum qaçmağa çalışırlar. Biznes kommersiya sirrini bəhanə gətirərək nəinki maliyyə məlumatlarını və istehsalla bağlı göstəricilərini maksimum qapalı saxlamağa çalışır. 
Hətta rəsmi təsisçilərinin adlarını gizli tuturlar. Şübhəsiz ki, bunun əsas səbəbi mümkün olduğu qədər özəl biznesdə siyasi hakmiyyətin izləri haqda cəmiyyəti xəbərsiz saxlamqdır.

Bəzən təsadüfən açıqlanan məlumatlar son 20 ildə əsasən dövlət resursları hesabına varlanmış azsaylı bir qrupun sərvətinin miqyasını qismən anlamağa imkan verir.

Bu günlərdə hətta hökumətyönlü medianın “Moody’s Ratings” beynəlxalq agentliyinə istinadən yaydığı xəbər bu qəbildən olan məlumatlardan hesab edilə bilər.

Agentliyin hesabatına görə, əsas parametrlərinə (ümumi aktivlərin, verilən kreditlərin, cəlb edilən depozitlərin həcminə və s.) görə, ölkənin ilk böyük beş bankı sırasında yer alan “Xalq Bank"ın depozit portfelinin 54 faizi 20 nəfər əmanətçiyə aiddir. 
Hesabatdan o da aydın olur ki, bankın ümumi əmanət portfelinin məbləği 1 milyard 905 milyon manat təşkil  edir və bunun 1 milyard 29 milyon manatı həmin şəxslərə aiddir. Yəni orta hesabla iri əmanətçilərin bir nəfərinə düşən depozit məbləği 51,4 milyon manatdır.    

Rəsmi sənədlərə əsasən, “Xalq Bank" ölkə prezidenti İlham Əliyevin ailəsinə məxsus olan 3 aparıcı bankdan biridir. 

Digər iki bank “Kapitalbank” və “Paşabank”dır. 

2025-ci ilin ilk yarısının sonuna olan rəqəmlərə görə, ölkədə fəaliyyətdə olan 21 bankın ümumi aktivlərinin məbləği 55 milyard manata yaxın olub. Dövlətə məxsus banklara aid aktivləri nəzərə alınmasa, məhz özəl bank seqmenti üzrə 39 milyard manat məcmu aktivlərin 23,8 milayrd manatı və ya 61 faizi adıçəkilən bu üç banka aid olub. Habelə, “Xalqbank”ın aktivlərinin məbləği 3 milyard manatdan bir qədər çox olub.

Eyni zamanda, bank sektoru üzrə ümmi depozit portfelinin həcmi 37,3 miyard manat olub ki, ondan 27,2 milyard manatı özəl banklara aiddir. Öz növbəsində, özəl bank seqmentinin depozit portfelinin 17,1 milayrd manatı və ya 63 faizi məhz bu 3 bankın sərəncamında olub.

Toplum TV


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Maaş və pensiyaların güclə artdığı ölkədə kapital sahiblərinin mənfəəti 70 faiz çoxalıb

15 Yanvar 2026

Foto: açıq mənbə

Prezident İlham Əliyevin ailəsinə məxsus “Kapital Bank” 2025-ci ili Azərbaycanın bank sektoru üçün faktiki olaraq əlçatmaz hesab edilən göstərici ilə başa vurub. Cəmi bir il ərzində bank xalis mənfəətini təxminən 70 faiz artırıb. Açıqlanan maliyyə hesabatına əsasən, 2025-ci ildə “Kapital Bank”ın xalis mənfəəti 315 milyon manat təşkil edib. Bu göstərici 2024-cü illə müqayisədə 118,5 milyon manat, yaxud təxminən 70 faiz çoxdur. Bankın maliyyə hesabatını şərh edən müstəqil iqtisadçıların fikrincə, burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, bankın aktivləri, xüsusən də kredit portfeli və borc kağızlarına yatırımları demək olar ki, artmadığı halda, faiz gəlirləri kəskin yüksəlib. Belə ki, ötən il...
İqtisadiyyat

DSK: 2025-ci ildə qida məhsullarında qiymət artımı 6,4 faiz olub

14 Yanvar 2026

Foto: açıq mənbə

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz artır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatında belə deyilir. Bildirilir ki, artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib. DSK vurğulayır ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib. “2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki...

Seçilmiş Videolar

Toplum TV loqo