Məhkəmə

Qəzalı həbsxanada saxlanma - Konvensiyanın normalarına açıq ziddiyyət

31 İyul, 2025
367

Foto: açıq mənbə

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il hökmü ilə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırzadə saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına (“karserə”) salındığını bildirib.

İyunun 1-də 12 saylı cəzaçəkmə müəssisəsinin dam örtüyü çöküb, nəticədə məhkumlardan biri aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Hadisədən sonra bəzi məhkumlar köçürülsə də, Taleh Bağırzadə və bir sıra məhkumlar təhlükəli vəziyyətdə saxlanılmaqda davam edib. Bağırzadənin dediyinə görə, rəhbərlik onun ancaq ciddi-qapalı rejimə köçürülərək müəssisəni tərk edə biləcəyini bildirib.

Buna etiraz olaraq məhbusların səhər və axşam sayımına çıxmadığı üçün haqqında iyunun 19-u 3, 22-si isə 5 günlük “karser” cəzası verilib.

T.Bağırzadənin sözlərinə görə, rəhbərliyə etiraz etsə də, ona açıq şəkildə bildirilib ki, “ya ciddi rejimli və tam qapalı həbsxanaya gedirsən, ya da burada ölməyi seçirsən. Başqa alternativ yoxdur”.

“Tribunat” ilahiyyatçı Taleh Bağırzadənin qəzalı vəziyyətdəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılmasının, cərimə təcridxanasına keçirilməsinin və ciddi rejimli müəssisəyə köçürülməklə təhdid edilməsinin qanunauyğunluğunu araşdırıb.

Araşdırmanı təqdim edirik.

Cəzaların İcrası Məcəlləsinə (CİM) əsasən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin cəzanın icrası qaydalarını pozan kişi məhkumları 15 günədək cərimə təcridxanasına keçirmək də daxil olmaqla məhkumlar haqqında tənbeh tədbirləri görmək səlahiyyətləri var (maddə 107.1, 107.1.3, 111). 

Cərimə təcridxanasında saxlanma müddəti bir təqvim ili ərzində 60 gündən çox ola bilməz (maddə 110.6).
Cəzaların İcrası Məcəlləsinin Kommentariyasına əsasən, cəzaçəkmə müəssisələrinin daxili qaydaları məhkumların həyat fəaliyyətinin bütün sahələrini əhatə etdiyi üçün məhkumlar haqqında tənbeh tədbirlərinin seçilməsi onların həm məişətdə, həm də istehsalatda müəyyən edilmiş qaydaları pozmasına görə baş tuta bilər. Tənbeh tədbirlərinin tətbiqi həm konkret hüquq pozuntusuna görə, həm də məhkumun bütün davranışının qiymətləndirilməsinə əsaslana bilər.

Tövsiyə xarakterli Avropa Penitensiar Qaydalarında intizam tədbirlərinin son çarə olaraq istifadə edilə biləcəyi (56.1) və yalnız nizam-intizam, təhlükəsizlik və ya təhlükəsizliyə təhdid yarada bilən davranışın intizam pozuntusu kimi müəyyən edilə biləcəyi (57.1) qeyd edilib.

Nəzərə almaq lazımdır ki, CİM-in 10.2. və 10.2.1-ci maddələrinə əsasən məhkum cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkməlidir. İnsan şəxsiyyətinə hörmət edən şərait dedikdə, Kommentariyada normal yaşayış şəraitinə, sanitariya və gigiyena qaydalarına uyğun zəruri maddi-məişət şəraitinə sahib olan və digər zəruri ehtiyacların qarşılandığı şərait nəzərdə tutulub.

Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarında isə yalnız xəstəliyə görə yataq rejimi təyin edilmiş, işdən sonra istirahət edən, habelə dayandırılması və ya iş yerinin tərk edilməsi mümkün olmayan işlərdə çalışan məhkumların yoxlamadan azad olunduğu bildirilib.
Bağırzadənin sayımlara çıxmaması isə qəzalı vəziyyətdəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanmasına, yəni cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkməməsinə və ciddi rejimli müəssisəyə köçürüləcəyi ilə hədələnməsinə etiraz xarakteri daşıyıb və intizam tədbirlərinin son çarə olaraq istifadə edilməsi üçün əsas yaratmayıb.

Azərbaycan Respublikasının Konstitusiyası (maddə 46), Avropa İnsan Hüquqları Konvensiyası (maddə 3) heç kəsin qeyri-insani rəftara məruz qalmamalı olduğunu bildirir.
Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi üzrə Təlimat bildirir ki, azadlıqdan məhrum edilmiş şəxsə qarşı hüquq-mühafizə orqanı əməkdaşlarının qeyri-insani hərəkətləri Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab edilir. 

Məhkəmə təcrübəsinə görə, pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və bu, rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, bəzi hallarda qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi işin bütün xüsusiyyətlərindən asılıdır.

AİHM Kudla Polşaya qarşı işdə bildirib ki, dövlət şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməlidir və məhkumun sağlamlığı və rifahı lazımi qaydada qorunmalıdır (94-cü bənd).

Eyni zamanda məhkəmə Kalaşnikov Rusiyaya qarşı işində ərizəçinin həbsxanada saxlanıldığı müddətdə sağlamlığa və rifahına təhlükə törədən vəziyyətin 3-cü maddənin pozuntusu olduğunu bildirib (102-ci bənd).
Avropa Penitensiar Qaydalarında məhkumlar üçün nəzərdə tutulmuş yaşayış yerlərinin insan ləyaqətinə hörmət etməli, gigiyena və sağlamlıq tələblərinə cavab verməli olduğu bildirilib (18.1).

Resurs azlığı ilə insan hüquqlarının pozulması əsaslandırıla bilməz (4).

CİM-in 70.4 və 70.4.1-ci maddələrinə əsasən məhkumlar cəzaların icrası qaydalarını qərəzli şəkildə pozduqda məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmə qərarı ilə başqa rejimli cəzaçəkmə müəssisəsinə köçürülə bilərlər.

Taleh Bağırzadə isə daha ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilmək istənilməsinin əvvəlki müəssisənin qəzalı vəziyyətdə olması ilə əlaqədar olduğunu bildirir. Məhkəmə qərarı olmadan və məhkumun cəzaların icrası qaydalarını qərəzli şəkildə pozmadığı hallarda onun daha ağır rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsi qanunvericiliyin pozulmasıdır.

“Tribunat”ın gəldiyi qənaətə görə, Taleh Bağırzadənin və digər məhkumların qəzalı vəziyyətdəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılması Konvensiyanın 3-cü maddəsinin pozuntusudur. İlahiyyatçının cəzaların icrası qaydalarını pozması ilə əsaslandırılmadan və məhkəmə qərarı olmadan daha ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilmək istənilməsi Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş normalarla üst-üstə düşmür. Bağırzadənin cərimə təcridxanasına salınmasının  nizam-intizam pozuntusu səbəbilə olması bildirilsə də, etirazına görə ona tətbiq edilən cəza adekvat deyil, əməlinin etiraz xarakterli olması da nəzərə alınmayıb və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının hazırlanmasında da istifadə edilən Avropa Penitensiar Qaydalarının tövsiyələrinə uyğun deyil.

Qeyd: Artıq Taleh Bağırzadənin saxlama rejimi ağırlaşdırılıb və Umbakı penitensiar kompleksinə köçürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Prokurorlar Arayik Harutyunyana ömürlük həbs cəzası istəyib 

14 Noyabr 2025

Foto: açıq mənbə

Azərbaycanda həbsdə olan Qarabağdakı keçmiş separatçı rejimin liderləri və rəsmilərinin məhkəmə prosesi noyabrın 13-də davam edib.  "Azərtac"ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçıları təqsirləndirilən şəxslər üçün məhkəmədən istədikləri cəzaları səsləndiriblər.  İttiham tərəfi bildirib ki, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan 65 yaşına çatdıqları üçün Cinayət Məcəlləsinin tələblərinə əsasən onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Buna görə də, sözügedən şəxslər, habelə Melikset Paşayan haqda 20 il həbs cəzası istənilib.  Digər təqsirləndirilənlərdən Qarik Martirosyan haqda 19, Davit Allahverdiyan haqda 18, Levon Balayan haqda 17, Vasili Beqlaryan, Erik Qazaryan...
Məhkəmə

Ali Məhkəmə Əziz Orucov haqda hökmü qüvvədə saxlayıb 

13 Noyabr 2025

Foto: sosial media

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov barəsində çıxarılmış hökm növbəti dəfə qüvvədə qalıb.  Noyabrın 13-də Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb. Ə.Orucov 2023-cü il noyabrın 27-də qanunsuz tikinti ittihamı ilə həbs olunub.  Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ona 2 il həbs cəzası verilib.  Jurnalist ittihamı qəbul etmir.

Seçilmiş Videolar

Toplum TV loqo