“Fərid Mehralızadə oğurlandıqdan sonra hara aparılıb bilinmir” - həyat yoldaşı
Açıq mənbədən götürülüb
Səbail Rayon Məhkəməsi "Azadlıq" Radiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadənin saxlanılarkən pis rəftara məruz qalması ilə bağlı şikayəti təmin etməyib.
F.Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova şikayətin düzgün araşdırılmadığını bildirir. O, jurnalistin saxlanılarkən fiziki zorakılığa məruz qaldığını, küçədə başına torba keçirilərək oğurlandığını, qollarının qandallandığını, eyni zamanda, zorla avtomobilininin açarlarının və telefonunun alındığını deyir.
“Yolda onu döyüblər”, həyat yoldaşı söyləyir.
N. Muxtarova iki dəfə prokurorluğa şikayətlə müraciət edilsə də, işgəncə faktının tanınmadığını vurğulayır.
“Onun oğurlandığı küçənin kamera görüntüləri, anten məlumatları alınmayıb. Oğurlandıqdan sonra hara aparılıb bilinmir. Maşını da oğurlanaraq hara aparılıb bilinmir. Biz əmlakla bağlı qərardan şikayət verəndə öyrəndik ki, maşınla bağlı həbs qərarı avqustda verilib, amma Fərid oğurlananda cibindən maşının açarları da götürülüb. Biz şikayətdə maşının trayektoruyasını öyrənmək istəyirdik”, o deyir.
Müdafi tərəfi bildirib ki, məhkəmənin qərarından şikayət veriləcək.
Fərid Mehralızadə 2024-cü il mayın 30-da “Abzas Media işi” üzrə saxlanılıb.
Abzas Media internet nəşri iqtisadçı jurnalistin heç vaxt onların əməkdaşı olmadığnı bildirib.
O, öncə valyuta qaçaqmalçılığında ittiham olunsa da, sonra ittiham ağırlaşdırılıb. Qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənədlərin saxtalaşdırılması kimi əlavə ittihamlar da irəli sürülüb.
Fərid Mehralızadə özünü təqsirli saymır və araşdırma yazılarına görə həbs edildiyini bildirir.
Azərbaycan hakimiyyəti isə jurnalist həbsləri ilə bağlı tənqidləri rədd edir, onların peşə fəaliyyətlərinə görə həbs edilmədiklərini bildirir. Eyni zamanda, ölkədə söz azadlığı da daxil bütün təməl hüquq və azdlıqlarını təmin olunduğunu bəyan edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“SalamNews”un sahibi: “O pulu nə reketliklə qazanmışam, nə də oğurlamışam, çirkli olmadığı halda, onu necə leqallaşdıra bilərdim?
Açıq mıənbədən götürülüb
2,5 milyon dollarlıq dələduzluq iddiası – zərərçəkmişlər “Aztelekom”un keçmiş direktoru və keçmiş prokuror müavinidir
Açıq mənbədən götürülüb
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?