Məhkəmə

“Mən İlham Əliyevə səslənirəm, gəncləri şərləyib məhv edirlər, bu ölkə hara gedir?” - 18 il həbs cəzası alan Hicran Hüseynovun anası

10 Yanvar, 2025
183

Sosial media

1 il 6 aydır Sumqayıt Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət, narkotik, odlu silah və daha bir neçə maddəylə ittiham olunan Hicran Həsənovun, Elməddin Ağayevin, Şəmsi Qasımovun, Nadir Mehdiyevin, Ağasif Ağayevin və Dağıstan Hüseynovun məhkəməsi başa çatıb. Bu iş hakim Nahid Mirzəyevin icraatında idi. 

Hicran Həsənov 18 il, Nadir Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayevlə Ağasif Ağayevsə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. 

Hicran Həsənova, Nadir Mehdiyevə və Şəmsi Qasımova qarşı irəli sürülən ittihama görə, onlar Azərbaycandakı hərbi hissələrin görüntülərini çəkib İrana göndəriblər. Elməddin Ağayevə, Dağıstan Hüseynova və Ağasif Ağayevə verilən ittihama görə isə onlar sələfi (vəhhabi) təriqətindən olanlara qarşı birləşmək üçün əvvəl İranda, sonra isə Ağasif Ağayevin təlimçi olduğu Bakıdakı idman zallarından birində hazırlıq keçməyi planlaşdırıblar. 

Bu şəxsləri iki il əvvəl Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ancaq istintaqı Dövlət Təhlükəsizlik Xidməti apardığı üçün sonradan həmin qurumun nəzarətinə veriliblər. 

Məhkəmə başladığı gündən təqsirləndirilən şəxslər bildiriblər ki, onlar bir-birlərini tanımırlar və yalnız istintaq vaxtı üzləşmə prosesində qarşılaşıblar. Təqsirləndirilən şəxslər ittihamları fiziki və psixoloji işgəncələr nəricəsində qəbul etdiklərini deyiblər. 

“İl yarım məhkəmə prosesi getdi, sonda ədalətsiz bir hökm verildi. İttiham aktında nə yazılmışdısa, hakim sadəcə təsdiqlədi, bununla da bir insanın ömründən 7 il oğurlandı. Mənim həyat yoldaşım da, digər təqsirləndirilənlər də il yarım hakimə işgəncələrdən danışsalar da, hakim qulaqardına vurdu”, bunu Toplum TV-yə məhbus Elməddin Ağayevin həyat yoldaşı Fatimə Bədəlova deyib. 

“Bir ay oğlumu axtarmışam. İtkin kimi rəsmiləşdiriləndən sonra sorağı DTX-dan çıxıb”

Səbinə Hümbətova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Nadir Mehdiyevin anasıdır. 

“Oğlumu əvvəl “bandotdel”ə aparıb, cibinə narkotik atıblar, ağır işgəncələr veriblər. Bir ay oğlumu  axtarmışam. İtkin kimi rəsmiləşdiriləndən sonra sorağı DTX-dan çıxıb. Məlum olub ki, “bandotdel”də işgəncələr verəndən sonra DTX-ya aparıblar, orada isə maddələri ağırlaşdırılıb. Övladım namaz qılan, əxlaqlı bir gənc olub. Hakim müttəhimlərə elə qulaq asırdı ki, şəxsən mən düşünürdüm ki, bu hakim ədalətsiz qərar verə bilməz. Təəssüf ki, məhkəmənin son anında - hökm elan ediləndə bütün düşüncələrim, ümidlərim alt-üst oldu”, ana deyir. 

 

“Narkorik, silah, dövlətə xəyanət... Nə qədər ağır maddə var, hamısını işgəncə yoluyla oğlumun boynuna qoyublar” 

Hicran Həsənovun anası Mənsurə Həsənova oğlu barədə çıxarılmış hökmdən ağlaya-ağlaya danışır: “Narkorik, silah, dövlətə xəyanət... Məcəllədə nə qədər ağır maddə var, hamısını işgəncə yoluyla oğlumun boynuna qoyublar. Bu uşaqların arasında yalnız iki nəfər bir-birini tanıyırdı, onlar da eyni idman zalında məşq ediblər. Qalanları bir-birlərini tanımayıb. Mənim oğlumu da heç biri tanımayıb. Bunu məhkəmədə də bildiriblər. Hakim də çox gözəl bilirdi bunu. Gəncləri toplayırlar bir yerə, adını silahlı birləşmə qoyub məhv edirlər. Mən burdan İlham Əliyevə səslənirəm, gəncləri şərləyib məhv edirlər, bu ölkə hara gedir belə?”   

 

Lətafət Ağayeva da oğlu Elməddin Ağayev barəsindəki hökmdən narazıdır. O, oğlunun azadlığa çıxmasını gözləyirmiş: “Oğlum inanclı, ibadət edən əxlaqlı bir gəncdir. İki il əvvəl Xırdalandakı Misir Parkının yanından oğurlayıblar. Biz onu 18 gün axtaranda o, “bandotdel”də ağır işgəncələr altındaymış. Heç kəslə işi olmayan, əxlaqlı bir gənci narkotiklə, ən ağır maddələrlə şərləyib həyatını məhv etdilər. İbadət etmək, inanclı olmaq cinayətdirsə, niyə prezidentimiz bu qədər məscidlərin açılışına gedir, təmir etdirir, and içəndə bir əlini Konstitusiyanın, o biri əlini Quranın üstünə qoyur?” 

Barələrində hökm çıxarılmış məhbusların ailə üzvləri onu da bildirirlər ki, iki il ərzində istintaq təcridxanasına sovqat daşımaqdan, vəkillərə ödənişlər etməkdən pulları da tükənib. Artıq hökmdən apellyasiya şikayəti vermək üçün vəkillərlə müqavilə bağlamağa maddi imkanları belə yoxdur.

 "Toplum TV"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fazil Qasımov: “Məhkəmədən sonra nəzarətçilər məni yerə yıxıb fiziki zor göstərdilər, sənədlərimi aldılar”  

10 Yanvar 2025
Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.  Yanvarın 10-da məhkəmə iclası başlayan kimi Fazil Qasımov hakimin diqqətinə çatdırıb ki, son məhkəmə iclasından sonra Bakı İstintaq Təcridxanasında Penitensiar Xidmətin əməkdaşlarının fiziki zorakılığına məruz qalıb:  “Məni qollarım qandallı vəziyyətdə yerə yıxdılar, fiziki zorakılıq göstərərək vəkilimin məhkəmədə verdiyi sənədləri götürdülər. Məhkəmə həm psixoloji, həm də fiziki zorakılığa məruz qalmağımla bağlı hüquqi addımlar atmalıdır”.  Hakimsə bildirib ki, məhkəmə kənarda baş verən hadisələrə qarışmır, Fazil Qasımova isə nəzarətçilərin hərəkətlərindən Penitensiar Xidmətə müraciət edə biləcəyini deyib.  Vəkil Fuad Ağayev hakimlə razılaşmayıb.  “Müvəkkilimə hər dəfə...
Məhkəmə

“Qubad İbadoğlu ilə “İmam Hüseyn” məscidinin qarşısında görüşdük, mənə pul verdi” 

9 Yanvar 2025

Qubad İbadoğlu/şəxsi arxiv

İstanbul Universitetinin doktorantı, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.  Təqsirləndirilən şəxslərin hər ikisi də ötən il Qubad İbadoğluna görə həbs olunublar.  Ötən məhkəmə iclasında Anar Əliyev ifadəsində Qubad İbadoğlunun ona saxta xarici əskinaslar verdiyini, ancaq əskinasların saxtalığından xəbəri olmadığını bildirmişdi.  Yanvarın 9-da o bildirib ki, Qubad İbadoğludan aldığı xarici əskinasların bir qisminin saxta olduğunu bilmədiyi üçün özünü həmin epizod üzrə təqsirli  hesab etmir. Ancaq odlu silaha görə özünü təqsirli bildiyini deyib.  “Bir neçə il əvvəl tapmışdım. Evimdə saxlayırdım. Silahın yerini dəyişmək  üçün başqa yerə aparırdım. Yolda polislər saxladılar. Polis şöbəsinə aparıb üzərimə baxış keçirib...

Seçilmiş Videolar

Toplum TV loqo