Fazil Qasımov: “Məhkəmədən sonra nəzarətçilər məni yerə yıxıb fiziki zor göstərdilər, sənədlərimi aldılar”
Bakı Ağır Cinayətlər Məhkəməsində iqtisadçı “Qubad İbadoğlu işi”nə görə həbs edilmiş Fazil Qasımovun və Anar Əliyevin məhkəməsi davam edir.
Yanvarın 10-da məhkəmə iclası başlayan kimi Fazil Qasımov hakimin diqqətinə çatdırıb ki, son məhkəmə iclasından sonra Bakı İstintaq Təcridxanasında Penitensiar Xidmətin əməkdaşlarının fiziki zorakılığına məruz qalıb:
“Məni qollarım qandallı vəziyyətdə yerə yıxdılar, fiziki zorakılıq göstərərək vəkilimin məhkəmədə verdiyi sənədləri götürdülər. Məhkəmə həm psixoloji, həm də fiziki zorakılığa məruz qalmağımla bağlı hüquqi addımlar atmalıdır”.
Hakimsə bildirib ki, məhkəmə kənarda baş verən hadisələrə qarışmır, Fazil Qasımova isə nəzarətçilərin hərəkətlərindən Penitensiar Xidmətə müraciət edə biləcəyini deyib.
Vəkil Fuad Ağayev hakimlə razılaşmayıb.
“Müvəkkilimə hər dəfə zor tətbiq edilməklə sənədlər əlindən alınır. Bu, onun müdafiəsini qurması üçün lazım olan sənədlərdir. Sənədlərin əlindən alınması özünü müdafiə etməsinə əngəl yaradır”, - vəkil narazılığını ifadə edib.
Hakim mövzuya qayıtmayaraq, digər təqsirləndirilən şəxsin yarımçıq qalan dindirilməsini davam etdirib. Hazırkı mərhələdə Anar Əliyev Fazil Qasımovun və onun vəkili Fuad Ağayevin suallarını cavablandırmalı olsa da, bundan imtina edib. O hakimə bildirib ki, məhkəmənin sonunadək heç birinin sualını cavablandırmayacaq.
Fazil Qasımov məhkəməyə vəsatətlər təqdim etmək istəyib. Bu, Anar Əliyevi əsəbiləşdirib: “19 aydır həbsdəyəm. Neçə aydır məhkəmə başlayıb, imkan vermirsən ki, məhkəmə davam etsin, boş-boş vəsatətlərlə məhkəməni uzadırsan, sənin məqsədin məhkəməni uzatmaqdır. İmkan ver görək məhkəmə nə qərar verir. Bura gəlib-getməkdən bezmişəm artıq”..
Hakim heyəti də Fazil Qasımova təkrar vəsatətlər qaldırmaqla aylardır məhkəmənin işini qəsdən uzatdığını deyərək ona irad tutub.
Vəkil Fuad Ağayev məhkəmənin diqqətinə çatdırıb ki, Anar Əliyevin ibtidai istintaqa verdiyi üç ifadə arasında ziddiyyətlər var. Hakim ifadələri elan edib. Fuad Ağayevin ziddiyyətlərlə bağlı Anar Əliyevə verdiyi suallar yenə cavabsız qalıb.
Fazil Qasımov məhkəməyə bildirib ki, onu “FETÖ işi”nə qatmaq istəyiblər:
“Türkiyədən oğurlanıb Bakıya gətiriləndən sonra DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Toğrul adlı əməkdaşı mənə bildirdi ki, sənin işinə FETÖ məsələsini də qatmaq istəyirik. Mənsə etirazımı bildirdim”.
O, daha sonra üzünü Anar Əliyevə tutub: “Deyirsən ki, Qubad İbadoğlu sənə gələcəkdə yaradacağı təşkilata üzv etmək üçün “Çağ öyrətim” işçilərini tapıb cəlb etmək üçün adambaşına 200 manat verib, eləmi? Qubad İbadoğlu tanınmış ictimai insandır, ətrafında bu işdə ona kömək edəcək saysız-hesabsız dostları, tanışları var. Niyə məhz səni tapıb bu işi həvalə etməli idi?”
Anar Əliyev “Mən bu suala cavab verməyəcəm” deməklə kifayətlənib.
Hakim növbəti məhkəmə iclasını yanvarın 16-na təyin edib. Həmin gün Fazil Qasımov ifadə verməsə, şahidlər dindiriləcək.
Fazil Qasımov iqtisadçı alim və siyasətçi Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir.
Anar Əliyevə qarşı isə həm saxta pul əldə etmə, həm də qanunsuz odlu silah saxlamaq ittihamı irəli sürülüb. O, özünü qismən təqsirli bilir.
Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir.
Bu ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.
Hazırda Fazil Qasımovla Anar Əliyevin işi ayrıca icraata götürülüb. Qubad İbadoğlunun da istintaqı yekunlaşmaq üzrədir və yaxın vaxtlarda iş məhkəməyə göndəriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
“Mən İlham Əliyevə səslənirəm, gəncləri şərləyib məhv edirlər, bu ölkə hara gedir?” - 18 il həbs cəzası alan Hicran Hüseynovun anası
Sosial media
“Qubad İbadoğlu ilə “İmam Hüseyn” məscidinin qarşısında görüşdük, mənə pul verdi”
Qubad İbadoğlu/şəxsi arxiv
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?