Məhkəmə

“SalamNews”un sahibi: “O pulu nə reketliklə qazanmışam, nə də oğurlamışam, çirkli olmadığı halda, onu necə leqallaşdıra bilərdim?

28 Yanvar, 2025
40

Açıq mıənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində “SalamNews” və “İnterAz”ın  rəhbəri Mətləb Bağırovun məhkəməsi davam edir. 

Bu iş hakim Leyla Əsgərova-Məmmədovanın icraatındadır. 

Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Mətləb Bağırova qarşı cinayət yolu ilə əldə olunmuş vəsaitləri leqallaşdırma, qaçaqmalçılıq, vergidən yayınma və başqa maddələrlə ittiham irəli sürülüb. O, dini-ekstremizm məzmunlu materiallar yaymaqda, İrandan Azərbaycana rəsmi qaydada bəyan etmədən pul gətirməkdə və başqa cinayət əməllərində təqsirləndirilir. 

Sonuncu məhkəmə iclasında Bağırov ifadə verib: 

“Leqallaşdırma məsələsinə gəlincə, mənim qazandığım pulların Azərbaycanda xərclənməsi yanlış deyil. Mən o pulu hansı mənbədən əldə etmişəmsə, cinayət yolu ilə əldə etməmişəm. Mən o pulu nə reketlik edərək qazanmışam, nə də oğurlamışam. Bu pul çirkli olmadığı halda, onu necə leqallaşdıra bilərdim? Qazandığım pulu xərcləmişəm. Heç mənfəət güdmədən xərclədiyim pul isə leqallaşdırma sayılıb”

Mətləb Bağırov ifadəsinə davam edərək “İnteraz” kanalının Rusiyada yaradıldığını və diasporanın kanalı olduğunu deyib.

Onun sözlərinə görə, kanalı 2007-ci ildə alıb, 2009-cu ildə isə “SalamNews” Xəbər Agentliyini yaradıb. 

“2017-ci ildə  Türkiyədə lisenziya almışam. “İnteraz” əslində Azərbaycan kanalı deyil, Rusiya kanalıdır. Azərbaycanda şirkət yaratmağımın səbəbi xaricdən maliyyələşən bəzi xarici media qurumlarının qanuni tələbə etiraz edəndə “İnteraz”ı bəhanə edərək bu tələbdən yayınmaları olub. Mən də eyniadlı şirkəti Azərbaycanda da qeydiyyatdan keçirdim. Bu proses bir günün içində baş verib. Məhz buna görə də qanunsuz hesab edilir. Lakin şirkət hər media qurumu kimi xəbər hazırlayıb, necə deyərlər “məhsul” istehsal edib. Media şirkətidir də, konfet istehsal etməyəcəkdi ki... Biz gün ərzində yüzə yaxın xəbər tərcümə edib çap etmişik. Bu, necə yalançı biznes ola bilər?”, təqsirləndirilən şəxs deyib.

Bağırov qaçaqmalçılıqla bağlı ittihamlara da münasibət bildirib: 

“Mənim müxtəlif bizneslərim olub. Ancaq ittiham aktında qeyd olunan adamlarla biznes əlaqələrim olmayıb. İttihamda adı çəkilənlərin bəzilərini ümumiyyətlə, tanımıram. Adı qeyd olunan bir nəfərsə şərikim olub. Sərmayəmin bir hissəsi isə onun əlində olub. O,  pulu corabında keçirib və ya başqa tərzdə, bundan xəbərim olmayıb.  Mən məsuliyyətdən qaçmamışam. Bütün işlərimi özüm görmüşəm. Sadəcə, şərikimdən bəzən pul istəmişəm. Qaçaqmalçılıq ittihamı da mənə buna görə verilib”

O, özünü təqsirli bilmədiyini,  əslində Rusiyanın da vətəndaşı olduğunu və orada iş qurduğunu deyib. 

“İddia edirlər ki, mənim şirkətlərim Azərbaycanda yaradılıb, Türkiyə və Rusiyadakı şirkətlərim isə onun qollarıdır. Deyilir ki, Türkiyədən pul göndərilib, bir hissəsi Azərbaycanda xərclənib, qalanı yenidən Türkiyə şirkətinə göndərilib. Bu, nə dərəcədə düzdür?”, M.Bağırov sual edib. 

Təqsirləndirilən şəxs ifadəsini bitirəndən sonra hakim növbəti məhkəmə iclasını fevralın 10-na təyin edib. 

“Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov 44 yaşındadır. Əslən Cəlilabad rayonundandır. İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir. İki il əvvəl həbs olunarkən rəsmi qurumlar onu “İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat çərçivəsində həbs olunanlar”ın siyahısında göstərmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

“Fərid Mehralızadə oğurlandıqdan sonra hara aparılıb bilinmir” - həyat yoldaşı

28 Yanvar 2025

Açıq mənbədən götürülüb

Səbail Rayon Məhkəməsi "Azadlıq" Radiosunun həbsdə olan jurnalisti Fərid Mehralızadənin saxlanılarkən pis rəftara məruz qalması ilə bağlı şikayəti təmin etməyib. F.Mehralızadənin həyat yoldaşı Nərgiz Muxtarova şikayətin düzgün araşdırılmadığını bildirir. O, jurnalistin saxlanılarkən fiziki zorakılığa məruz qaldığını, küçədə başına torba keçirilərək oğurlandığını, qollarının qandallandığını, eyni zamanda, zorla avtomobilininin açarlarının və telefonunun alındığını deyir.  “Yolda onu döyüblər”, həyat yoldaşı  söyləyir. N. Muxtarova iki dəfə prokurorluğa şikayətlə müraciət edilsə də, işgəncə faktının tanınmadığını vurğulayır. “Onun oğurlandığı küçənin kamera görüntüləri, anten məlumatları alınmayıb. Oğurlandıqdan sonra hara aparılıb bilinmir. Maşını da oğurlanaraq hara aparılıb bilinmir. Biz əmlakla bağlı qərardan şikayət verəndə öyrəndik ki, maşınla bağlı...
Məhkəmə

2,5 milyon dollarlıq dələduzluq iddiası – zərərçəkmişlər “Aztelekom”un keçmiş direktoru və keçmiş prokuror müavinidir

27 Yanvar 2025

Açıq mənbədən götürülüb

Üç nəfərin ümumilikdə 2,5 milyon dollarını ələ keçirməkdə təqsirləndirilən 33 yaşlı Nizami Alışan məhkəmə qarşısındadır. Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.  Yanvarın 27-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan edib. İttihama görə, Nizami Alışan istintaq orqanının zərərçəkmiş kimi tanıdığı Babək Məmmədzadəyə, Zeynal Usubova və Yadigar İsrafilova özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Sosial şəbəkə üzərindən başlanan tanışlıq real həyatda davam edib və nəticədə Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollarını aldatma yolu ilə ələ keçirib....

Seçilmiş Videolar

Toplum TV loqo