Məhkəmə

“Toplum TV işi: Hikmət Hacıyev gəlsin ifadə versin, dəqiq məbləği o bilir

4 Avqust, 2025
253

Foto: Toplum TV

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Hakim Azər Tağıyevin sədrliyilə baş tutan prosesin şahid ifadələri ilə davam etməsi gözlənilirdi.

Lakin cinayət işindəki mülki iddiaçı tərəf olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin iddiasının əsaslandırması bitmədiyindən buna vaxt qalmayıb.

Prosesdə zərərçəkən qismində iştirak edən xidmət nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarını cavablandıırb.

Təqsirləndirilən şəxslərin vəkillərindən biri Fuad Ağayev nazirlik nümayəndəsindən “Toplumçu”ların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını istəyib.

Nazirlik nümayəndəsi cavabında bildirib ki, bunu deməyə işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri əsas verir.

Vəkilin “qeyd etdiyiniz icarə müqaviləsi kimlər arasında aparılıb, adlar çəkə bilərsinizmi?” sualına isə “zərərçəkən” tərəf belə cavab verib: “Bu barədə mütəxəssis rəyi var, istintaq belə müəyyən edib”.

Vəkil Rəsul Cəfərov mülki iddiaçının hər şəxsin dövlət büdcəsinə ayrı-ayrılıqda nə qədər zərər vurduğunu konkret olaraq müəyyənləşdirməli olduğunu xatırladıb və qeyd edib ki, “Toplum TV işi” ilə bağlı iddianamədə bu, öz əksini tapmayıb.

İddiaçı tərəf isə bu barədə məlumatlı olmadığını və bu suala cavab verməyəcəyini deyib.

Bu halda vəkil mülki iddiaçının zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilməsini istəyib. 

Hakim isə heç bir əsas gətirmədən vəsatəti rədd edib.

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal isə bildirib ki, dəqiq məbləğlər Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevə məlumdur, o gəlsin ifadə versin, açıqlasın.

Ə.Zeynal fikrini belə əsəslandırıb: “Jurnalist Fərid İsmayılov hələ COP-29 tədbirləri zamanı Hikmət Hacıyevə “Toplumçu”ların həbsi barədə sual verəndə, o, cavabında demişdi ki, “həmin şəxslər konkret cinayət əməlinə görə həbs olunublar və istəsəniz sizə məbləğləri də deyə bilərəm”. Bir halda ki, iddiaçı tərəf dəqiq məbləğləri bilmir, Hikmət Hacıyevi çağırın, gəlsin o desin”.

Hakim bununla bağlı təqsirləndirilən şəxslərin vəsatət qaldıra biləcəyini xatırladıb.

Daha sonra vəkil Günay İsmayılova çıxışında qeyd edib ki, ittiham aktında təqsirləndirilən şəxslərin 2020-ci ildən vergidən yayındığı deyilir.

Lakin təqsirləndirilən İlkin Əmraovla və Ramil Babayev həmin il tələbə idilər və fərqli məşğuliyyət sahələrində olublar.

Vəkilin “bu şəxslərin həmin illərdə nə ilə məşğul olduğunu araşdırmısınızmı?” sualına iddiaçı tərəf, “xeyr, bu bizim işimiz deyil” cavabını verib.

“Belə çıxır ki, istintaq materiallarında yazılanları araşdırmadan və olduğu kimi köçmürmüsünüz”, - vəkil bildirib.

Vəkil bu dedikləri cavabsız qalıb.

Ardınca  İDİ əməkdaşı İlkin Əmrahov kimin dövlət büdcəsinə nə qədər zərər verdiyinin ayrı-ayrılıqda araşdırılması barədə vəsatət qaldırıb:

“Mən İDİ-də sadəcə 4-5 ay çalışmışım, bəs necə olur ki, dövlət büdcəsinə hamılya eyni dərəcədə zərər vurmuşam”.

Daha sonra təqsirləndirilən şəxs Fərid İsmayılov Toplum TV-də işlədiyi müddətdə dəfələrlə İqtisadiyyat Nazirliyinə jurnalist sorğusi göndərdiyini və cavab aldığını deyib.

“Bəs nazirlik bu illər ərzində hara baxırdı ki, araşdırmayıb mən jurnalist olaraq vergi verirəm ya yox”, - jurnalist sual edib.

Nazirlik nümayəndəsi bu suala da cavab verməyəcəyini deyib. Fərid İsmayılov isə buna “çünki cavabı bilmirsiniz” şəklində reaksiya verib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 

"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Ələsgər Məmmədli: "İstintaq metro kartını bank kartı kimi sənədləşdirib" 

13 Oktyabr 2025

Foto: açıq mənbə

Oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən “Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli ötən iclaslardakı sərbəst ifadəsinə davam edib.  Ə.Məmmədli bu dəfəki çıxışında 2024-cü ilin martın 8-də polis tərəfindən saxlanıldığı günü xatırladaraq deyib ki, həmin gün evində qanuni vəkilinin iştirakı olmadan reyd keçirilib və pul vəsaiti atılıb.  "Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7,300 avro olduğunu öyrəndim) girişdə ayaqqabı qutusunun içinə atıb, guya “evimdən çıxdı” görüntüsü verərək “protokollaşdırıb” saxta sübut yaratmağa cəhd edib. Halbuki, bu davranış – saxta sübut...
Məhkəmə

“QHT işi” üzrə Nərgiz Muxtarovanın məhkəməsi başlayır

13 Oktyabr 2025

Foto: Əkinçi

“QHT işi” üzrə təqsirləndirilənlərdən biri Nərgiz Muxtarovanın cinayət işi üzrə məhkəməsi başlayıb. “APA”-nın məlumatına görə, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə anket məlumatları dəqiqləşdirilib. Nərgiz Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəməyə etiraz edib. Bildirib ki, tərkibin iki üzvü - Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır, səlahiyyət müddətləri bitir. Vəkil həmçinin bütün tərkibə etiraz edib. Deyib ki, müvəkkilinin həyat yoldaşı Fərid Mehralızadənin də cinayət işinə bu tərkib baxıb. Dövlət ittihamçısı vəsatətləri əsassız hesab edərək təmin edilməməsini təklif edib. Prokuror bildirib ki, hər iki hakimin səhaliyyət müddəti bitməyib. Məhkəmə vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib. Daha sonra vəkil məhkəmədən Baş...

Seçilmiş Videolar

Toplum TV loqo