Məhkəmə

Mirşahin Ağayevin qardaşı yenə dələduzluqda ittiham olunur

17 Aprel, 2025
76

Mirşahin Ağayev/şəxsi arxiv

 “Real TV”nin rəhbəri Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev dələduzluq ittihamı ilə həbs olunub.

Qohumlarının Meydan TV-yə deməsinə görə, o, mart ayında atasının yas məclisi zamanı saxlanılıb.

“Məhkəməsi gedirdi, amma azadlıqda idi”,- yaxınları bildirib.

Mirəddin Ağayevin əvvəllər əlillik dərəcəsinə görə pensiya almış şəxslər üçün əlillik dərəcəsini bərpa etdirmək adı ilə dələduzluqda ittiham olunduğu deyilir.

“Pul aldığı adamlardan biri də öz qohumudur. Dediyinə görə, pulları xəstəliyinə görə müalicəsinə xərcləyib”, yaxınlarından biri deyib.

İxtisasca həkim olan Mirəddin Ağayev vaxtilə Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzində direktor, Yardımlı rayon xəstəxanasının baş həkim işləyib.

Məlumata görə, bu onun barəsində eyni ittiahamla ilk cinayət işi deyil.

Əvvəllər də dəfələrlə dələduzluğa görə məhkum edilib. Həmin işlərdə Mirşahin Ağayevin də adı hallanıb:

“Mirəddin Ağayev Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsində saxlanılır. Məhkəməsi bir neçə gün əvvəl başa çatıb, 2 il azadlıqdan məhrum edilib”, – yaxınları belə qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”

18 Aprel 2025

Toplum TV

“Mənim məhkəməm bir az uzun çəkdi. Hakim, prokuror və müstəntiq gətirdiyim arqumentlərə əsaslı cavab verə bilmirdilər. Arada hakimi cırnatmaq üçün dedim: “Bilirsiniz niyə zəifsiniz? Çünki mən “Arqument”in rəhbəriyəm!”. Həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağanın ictimaiyyətə ünvanladığı məktubun üçüncü - sonuncu hissəsi yayımlanıb.  Məktubun əvvəlki hissələrini buradan oxuyun. Məktubun sonuncu hissəsini jurnalist Elməddin Şəmilzadə “Facebook” səhifəsində paylaşıb.  Ağa məktubun bu hissəsində dindirilmə və məhkəmə proseslərini təsvir edib, həmçinin həbsi ilə bağlı düşüncələrini bölüşüb.  Jurnalist məktubun əvvəlki hissəsində gecə saatlarında mülki geyimli şəxslər tərəfindən oğurlanmasını və evində axtarış aparılmasını təsvir etmişdi. O, daha sonra dindirilmə üçün polis idarəsinə aparılmışdı. Bu...
Məhkəmə

Hacı Vəliyev həbsdə qaldı, səhhətinə görə narahatdır

18 Aprel 2025

sosial media

“Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb. Bu barədə vəkil Aqil Layıc məlumat yayıb. Vəkil bildiirib ki, bununla bağlı aprelin 18-də  Xətai rayon Məhkəməsində təqdimata baxılıb. Onun sözlərinə görə, Hacı Vəliyev həbsdə müalicəsini davam etdirə bilməməsindən, ağrı kəsicilərlə təmin edilməməsindən şikayətlənib. “Xahiş edirəm ki, bu müddət ərzində xüsusi reabilitasiyaya və həkim nəzarətinə ehtiyac duyan Hacı Vəliyevi Mərkəzi Müalicə Müəssisəsinə keçirəsiniz”, - vəkil Aqil Layıc yazıb. Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, aprelin 1-də isə onun barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.  O, Cinayət Məcəlləsinin...

Seçilmiş Videolar

Toplum TV loqo