Jam-news
Həbsdə olan iqtisadçı və keçmiş deputat Nazim Bəydəmirli barəsindəki həbs qərarından kassasiya şikayəti verib.
Ali Məhkəməyə müraciət edən Bəydəmirli barəsində bəraət hökmünün çıxarılmasını istəyir, “Pravda.az” yazır.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Nazim Bəydəmirli tənqid etdiyi Söyüdlü hadisələrindən az sonra, 2023-cü il iyulun 4-də saxlanılıb.
Ona ilkin olaraq Cinayət Məcəlləsinin əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə maddəsilə ittiham irəli sürülüb.
Sonra Bəydəmirli həm də Cinayət Məcəlləsinin təhdid yolu ilə tələb etmə, maddəsi ilə ittiham olunub.
2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.
Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.
Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”
Toplum TV
sosial media