Məhkəmə

Azər Qasımlının məhkəməsində zərərçəkən kimi tanınan şəxs ifadə verib

30 İyul, 2025
64

Foto: sosial media

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən kimi tanınan Qurbanəli Yusifov ifadə verib.

Kriptovalyuta biznesi ilə məşğul olduğunu deyən Yusifov vaxtilə A.Qasımlının istəyilə onun adına hesab açdığını və politoloqun verdiyi 20 min ABŞ dolları pulla həmin dəyərdə “bitcoin”lər aldığını bildirib. Onun sözlərinə görə, sonradan “bitcoin”lər dəyər itirib. 

Yusifov iddia edib ki, A.Qasımlı qarşılığında ondan “bitcoin”lər və ya 45 min ABŞ dolları tələb edib: “Mən bundan sonra qorxaraq ölkədən qaçdım. Bununla kifayətlənməyib məni ailəmlə, uşağımı qaçırmaqla təhdid etdi".

Yusifov özünə yeni vəkil tutduğunu deyib və vəkilin işlə tanış olması üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 10-dək təxirə salınıb.

A.Qasımlı əvvəlki məhkəmə iclasında bildirib ki, əsl zərərçəkən onun özüdür. 

Politoloqun həyat yoldaşı Samirə Qasımlı Toplum TV-yə deyib ki, Q.Yusifovun siyasətçiyə borcu olub, lakin ona borcunu qaytarması üçün hədə-qorxu gəlinməyib.

"2020-ci ilin mayında Yusifov Azər Qasımlının istəyilə onun adına kriptovalyuta saytında hesab açıb və onu idarə edib. Həmin ilin may və avqust aylarında A.Qasımlı ona ümumilikdə 20,000 ABŞ dolları verərək iki "bitcoin" almasını istəyib. Biz sonradan aşkar etdik ki, o, "bitcoin"lərin birini alıb, digərini isə almayıb. Sonradan isə bizə hələ də qaranlıq qalan səbəblərdən A.Qasımlının hesabındakı bir "bitcoin" də yoxa çıxdı", - o qeyd edib. 

S.Qasımlının sözlərinə görə, 2022-ci ilin yanvarında Yusifov və həyat yoldaşı razılığa gəlib ki, aylıq olmaqla hissə-hissə onun borcu qaytarılsın və Yusifov qəbz də imzalayıb. 

Lakin, sonradan Yusifov ölkəni tərk edib və Qasımlı ilə əlaqələrini kəsib. Bunu görən siyasətçi məhkəməyə üz tutub və 2024-cü ilin aprelində Mingəçevir Şəhər Məhkəməsi Qasımlının xeyrinə qərar verib. 

"Bundan sonra Yusifov daxili işlər naziri Vilayət Eyvazovun ünvanına bir məktub yazıb ki, guya A.Qasımlı dövlət əleyhinə siyasətçidir, Yusifovu da dövlət əleyhinə işlər görməyə cəlb etmək istəyir, o razılaşmayanda isə onu təhdid edib. Bu məktubdan sonra DİN iddianın araşdırılmasını Mingəçevir Şəhər Polis İdarəsinə tapşırıb, lakin onlar da sübutların olmadığını görüb işə xitam veriblər", - S.Qasımlı bildirib. 

Onun dediyinə görə, 2024-cü ilin dekabrında Qasımlını həbs etmək tapşırığı alan hüquq-mühafizə orqanları bu işi yenidən açıblar.

Zərərçəkənin prosesdə iştirakının təmin edilməsi məqsədilə proses iyulun 30-na təxirə salınıb.

Azər Qasımlı ötən il dekabrın 8-də Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Qasımlı həsbinin ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Azər Qasımlı hakimiyyətin tənqidçilərindəndir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Nəcməddin Sadıkovun adı keçən 42 milyonluq cinayət işində hökm oxunub

30 İyul 2025

Foto: Açıq mənbə

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, Hərbi Təhsil və Tədris İdarəsinin baş zabiti olmuş, "Nəcməddin Sadıkovun yaxın adamı" kimi tanınan Zahid Niftəliyevə hökm oxunub. APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Z.Niftəliyevin vəkili çıxış edib. O, təqsirləndirilənə ittiham olunduğu hər iki maddə üzrə baraət verilməsini xahiş edib. 42 milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyev də son sözlə çıxış edərək məhkəmədən bəraət istəyib. Hökmə əsasən, Zahid Niftəliyev 2 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ona təyin olunmuş əvvəlki hökm qismən toplanılaraq Zahid Niftəliyevə qəti olaraq 12 il müddətinə azadlıqdan...
Məhkəmə

Fazil Qasımov Penitensiar Xidmət əməkdaşları tərəfindən zorakılığa məruz qaldığını deyir

30 İyul 2025

Foto: sosial media

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti baxış iclası keçirilib.  Bu barədə onun ailə üzvləri Toplum TV-yə bildirib.  F.Qasımov məhkəmədə bildirib ki, 42 gündür vəkili Nemət Kərimli ilə əlaqə saxlaya bilmir. Buna görə də o, vəkili ilə konfidensial  ünsiyyət üçün vaxt istəyib. Hakim onlara 5 dəqiqə vaxt verib.  Ailə üzvləri bildirir ki, fasilə zamanı F.Qasımov sənədlərini vəkilinə vermək istəyəndə konvoy sənədləri əlindən alaraq otaqdan çıxıb, daha sonra qayıdaraq sənədləri hakimə verib.  F.Qasımov bunun qanunsuz olduğunu deyib və sənədlərin vəkilinə verilməsini istəyib. Yalnız bundan sonra sənədlər vəkilə verilib. Daha sonra vəkil N.Kərimli də F.Qasımova sənədlər...

Seçilmiş Videolar

Toplum TV loqo