143 milyon manatı mənimsəməkdə ittiham olunan keçmiş zabitlər vəkil tutmayıblar
sosial media
Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli zabitlərinin apellyasiya şikayətinə baxılır.
Mühakimə olunanlar nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadədir.
Onlar Müdafiə Nazirliyində 2017-2021-ci illərdə 143 milyon manatlıq mənimsəmə işi üzrə həbs ediliblər.
İlkin baxış iclasında məlum olub ki, zabitlərdən Cəlal Kazımov və Vüsal Əlizadə apelyasiya məhkəməsində onları müdafiə etmək üçün vəkil tutmayıblar.
Vüsal Əlizadə dövlət hesabına ayrılan vəkilin onu müdafiə etməsinə razılıq versə də, Cəlal Kazımov vəkil istəməyib. O bildirib ki, nə özü vəkil tutmaq istəyir, nə də dövlət hesabına vəkillə təmin olunmaq.
Təqsirləndirilən polkovnikin sözlərinə görə, heç özü də özünü müdafiə etməyəcək.
“Müdafiədən imtina edirəm”, – Cəlal Kazımov bildirib.
O da məlum olub ki, birinci instansiyada – Bakı Hərbi Məhkəməsində Cəlal Kazımovun vəkili olmuş Əli Adıgözəlov hazırda onun ailə üzvlərinin hüquqlarını müdafiə edir. Çünki Bakı Hərbi Məhkəməsinin hökmü ilə onun özünə və yaxınlarına məxsus əmlaklar müsadirə olunub. Bu səbəbdən də hökmdən apelyasiya şikayəti veriblər.
Təqsirləndirilən şəxslər və onların vəkilləri məhkəmə baxışının təyin olunmasını istəyiblər.
Hakimlər kollegiyası bildirib ki, təqsirləndirilən şəxslər xüsusilə ağır cinayətdə ittiham olunduqları üçün vəkil olmadan mühakimə edilə bilməzlər.
İlkin baxış iclası fevralın 17-də davam edəcək.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay azadlıqdan məhrum ediliblər.
Nizami Məmmədov 2020-ci il iyunun 25-də general-mayor ali hərbi rütbəsi alıb. Prezident İlham Əliyev onu bir sıra orden və medalla təltif edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Tofiq Yaqublu: “Müstəntiq evimizə axtarışa gələndə hal şahidlərini özüylə gətirib”
Fərqanə Novruzova
Həbsdəki jurnalistlərin fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal 30 sutka həbs edilib
Cəlal Cavadov/şəxsi arxiv
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək