Məhkəmə

143 milyon manatı mənimsəməkdə ittiham olunan keçmiş zabitlər vəkil tutmayıblar

4 Fevral, 2025
24

sosial media

Bakı Apelyasiya Məhkəməsində Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli zabitlərinin apellyasiya şikayətinə baxılır.

Mühakimə olunanlar nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadədir.

Onlar Müdafiə Nazirliyində 2017-2021-ci illərdə 143 milyon manatlıq mənimsəmə işi üzrə həbs ediliblər. 

İlkin baxış iclasında məlum olub ki, zabitlərdən Cəlal Kazımov və Vüsal Əlizadə apelyasiya məhkəməsində onları müdafiə etmək üçün vəkil tutmayıblar.

Vüsal Əlizadə dövlət hesabına ayrılan vəkilin onu müdafiə etməsinə razılıq versə də, Cəlal Kazımov vəkil istəməyib. O bildirib ki, nə özü vəkil tutmaq istəyir, nə də dövlət hesabına vəkillə təmin olunmaq.

Təqsirləndirilən polkovnikin sözlərinə görə, heç özü də özünü müdafiə etməyəcək.

“Müdafiədən imtina edirəm”, – Cəlal Kazımov bildirib. 

O da məlum olub ki, birinci instansiyada – Bakı Hərbi Məhkəməsində Cəlal Kazımovun vəkili olmuş Əli Adıgözəlov hazırda onun ailə üzvlərinin hüquqlarını müdafiə edir. Çünki Bakı Hərbi Məhkəməsinin hökmü ilə onun özünə və yaxınlarına məxsus əmlaklar müsadirə olunub. Bu səbəbdən də  hökmdən apelyasiya şikayəti veriblər.

Təqsirləndirilən şəxslər və onların vəkilləri məhkəmə baxışının təyin olunmasını istəyiblər.

Hakimlər kollegiyası bildirib ki, təqsirləndirilən şəxslər xüsusilə ağır cinayətdə ittiham olunduqları üçün  vəkil olmadan mühakimə edilə bilməzlər.

İlkin baxış iclası fevralın 17-də davam edəcək. 

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay azadlıqdan məhrum ediliblər. 

Nizami Məmmədov 2020-ci il iyunun 25-də general-mayor ali hərbi rütbəsi alıb. Prezident İlham Əliyev onu bir sıra orden və medalla təltif edib.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Tofiq Yaqublu: “Müstəntiq evimizə axtarışa gələndə hal şahidlərini özüylə gətirib”

1 Fevral 2025

Fərqanə Novruzova

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü, dələduzluqda təqsirləndirilən Tofiq Yaqublunun məhkəməsi davam edir.  Sonuncu məhkəmə iclasında Tofiq Yaqublu məhkəmə prosesinin yekunlaşdırılmasını istəyib.  “Bu qədər müddətdir ki, şərləndiyimə dair məhkəməyə nə qədər sübut, fakt, dəlil təqdim etmişəm, ancaq məhkəmə hələ də mənim cinayət törətdiyimə dair bircə sübut ortaya qoya bilməyib. Bu qədər fakt kifayətdir ki, bu iş yekunlaşsın və cinayət işinə xitam verilsin”, Yaqublu məhkəməyə bildirib.  Hakim Elnur Nuriyev Yaqubluların evindəki axtarışla bağlı sənədləri elan edib. Tofiq Yaqublu zərərçəkən Elşən Hüseynovun dindirmə protokoluna diqqət çəkib:  “Müstəntiq Abdulla Cəlilli 14 dekabr saat 16:00-da Elşən Hüseynovun dindirməsini yekunlaşdırıb. Elə...
Məhkəmə

Həbsdəki jurnalistlərin fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal 30 sutka həbs edilib

31 Yanvar 2025

Cəlal Cavadov/şəxsi arxiv

“Meydan TV” əməkdaşlarının fotosunu seçki qutusuna atdığı deyilən ictimai fəal Cəlal Cavadovun haqqında Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 30 sutka həbs qərarı çıxarıb. Bu haqda məlumatı onun yaxınları sosial mediada paylaşıblar. Dostları yanvarın 30-u saat 16.00-dan onunla əlaqənin kəsildiyini deyirdilər. Vəkili Zibeydə Sadıqova yanvarın 31-də onun saxlanılması haqda Daxili İşlər Nazirliyindən məlumat ala bilmədiyini bildirmişdi. Anası isə oğlunun axtarışında kömək məqsədilə ombudsmana müraciət etmişdi. Hələlik Daxili İşlər Nazirliyi hadisəyə münasibət bildirməyib. 

Seçilmiş Videolar

Toplum TV loqo