9 milyon manatlıq mənimsəmə iddiası, 12 illik həbs – TÜRKİYƏLİ İŞ ADAMINA HÖKM OXUNUB
bizim.media
Bakı Ağır Cinayətlər Məhkəməsində bir ildən çoxdur məhkəməsi keçirilən türkiyəli iş adamı Mehmet Şahana hökm oxunub. O, THALES İnternational Western Counties B.V şirkətinin büdcəsindən 9 milyon manat civarında pul vəsaitini talamaqda təqsirləndirilirdi.
Mehmet Şahan THALES Şirkətlər Qrupunun Azərbaycan üzrə direktoru olub. Bu ilin fevralında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb.
Məhkəmənin gəldiyi qənaətə görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib. Başqa ittihama görə, Mehmet Şahan rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı da törədib.
Mehmet Şahansa məhkəmədə ittihamları rədd edib. Bildirib ki, aviakosmik, müdafiə və informasiya texnologiyaları ilə məşğul olan THALES-in 80 min nəfərdən ibarət işçi heyəti var. Dünyanın 68 ölkəsində əməliyyat fəaliyyəti həyata keçirir, bütün dünyada insanların, infrastrukturun, dövlətlərin təhlükəsizliyi sahəsində əsas oyunçulardan hesab olunur. Onun sözlərinə görə, Azərbaycandakı nümayəndəlik naviqasiya sistemləri, mühafizə sistemləri və digər sahələr üzrə konsultasiya xidməti göstərir. Şirkətin əsas müştəriləri arasında isə “Azərbaycan hava yolları QSC”, Azərbaycan Respublikası Müdafiə nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliten QSC və sair qurumların olduğunu deyib.
“Baş ofis tərəfindən seçilən partnyor şirkət Modern Constraction Group MMC tərəfindən tapılan bir neşə MMC ilə əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işləri aparılması üçün köçürülüb. O şirkətləri MCG MMC-nin əməkdaşı Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, MCG THALES-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları MCG MMC-yə təqdim edirdilər. MCG MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik”, təqsirləndirilən şəxs məhkəmədə deyib.
O, bununla bağlı bütün sənədlərin - şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təkliflərin ofisdə olduğunu bildirib: “Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə Baş ofisdən təsdiq almışdım. O şirkətlər bazar araşdırmaları ilə bağlı məlumatları təqdim etmişdilər”.
Mehmeh Şahan məhkəmənin diqqətinə çatdırıb ki, şirkətlərə vəsait köçürülmələri baş ofisin təlimatları əsasında həyata keçirilib. O, öz şəxsi xərclərini heç vaxt hesabatlara daxil etməyib.
“Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı. Bakıda Nərimanov rayonunda ailəmlə kirayədə yaşayırdım. Aylıq 5000 avro kirayəhaqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var idi. Pul mənimsəməsi olmayıb. Xərclərlə əlaqədar hər ay hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. THALES ildə 4 dəfə yoxlama keçirirdi. Bundan başqa, hər həftə rəhbərimlə görüntülü danışırdıq. 7 il ərzində Baş Ofisin nəzarəti və razılığını alaraq işləmişəm. Sizcə belə bir şirkətdən gizli 7 il işləyib və 7 il pul mənimsəmək mümkündürmü?”, M.Şahan sual edib.
Məhkəmə isə hesab edib ki, Mehmet Şahanın bu ifadələri özünümüdafiə xarakterlidir. Noyabrın 25-də hakim onu 12 il müddətinə azadqlıdan məhrum edib.
İş adamının vəkilləri məhkəmə hökmündən apellyasiya şikayəti verəcəklər.
2016-cı ilin oktyabrında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Mehmet Şahanı xidmətlərinə görə milli kavaler ordeniylə təltif edib. Fransanın Azərbaycandakı səfirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilirdi ki, Fransanın xarici ticarət məsləhətçisi olan Mehmet Şahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairənin görkəmli nümayəndəsidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Psixiatriya xəstəxanasında saxlanılan bələdiyyə sədrinin müavini: “Bunları yaşamaq çox ağır idi…”
Meydan TV
Ordu.az
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?
Ukraynaya nüvə hücumu sınaqdan keçirildi: Putini dayandıran olacaqmı?