Vəkil: Tofiq Yaqublu görmə qabiliyyətini itirir, danışmaqda çətinlik çəkir
Fərqanə Novruzova
Həbsdə olan və 17 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu görmə qabiliyyətini itirmək üzrədir.
Bunu vəkil Aqil Layıc aprelin 17-də Yaqublu ilə görüşdən sonra bildirib.
O əlavə edib ki, siyasətçi artıq yeriyə bilmir və fiziki dəstək olmadan hərəkət edə bilmir. Yaqublunu vəkillə görüşə elektromobildə gətiriblər.
Yaqublu vəkilə deyib ki, onun fiziki məhvinə doğru aparan aclıq, əksinə, onu psixoloji olaraq güclü edir.
“O, ədalətə nail olmaq üçün fiziki məhv olmasını belə göz önünə alır”, - Layıc siyasətçiyə istinadən qeyd edib.
Siyasətçi danışmaqda da çətinlik çəkdiyi üçün vəkillə görüş qısa çəkib.
Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. O, aprelin 1-dən azadlığa buraxılması tələbilə aclıq aksiyası keçirir.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzlənmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Jurnalist Şəmşad Ağa hakimə: “Get övladlarının gözlərinə bax və nə qədər ədalətsiz qərar verdiyini düşün”
Toplum TV
sosial media