Multimedia

“Hanı köməyiniz?” - Qarabağ qazisinin müalicə, əlillik, ev dərdi

20 İyul, 2022
2334

Toplum Tv-nin qaynar xəttinə müraciət edən İxtiyar Cəfərov 2020-ci ilin sentyabrın 30-u  döyüşlərə qatılıb. O, Suqovuşan uğrunda döyüşlərdə kəllə-beyin travması alıb. Üç medalla təltif olunduğunu, amma onlardan yalnız birinin ona gəlib çatdığını deyir. 

İxtiyar Cəfərov səhhətindəki problemlərə baxmayaraq, əlillik dərəcəsi ala bilməməsindən də şikayətçidir. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov  Toplum TV-yə bildirib ki, Cəfərov İhtiyar Yəhya oğlu, əlilliyinin qiymətləndirilməsi məqsədilə 01.03.2022-ci il tarixində müayinəyə edilib. İ.Cəfərovun sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı olduğu müəyyən edilib. Bu baxımdan, ona imtina qərarı verilib. Hazırda vətəndaşla bağlı yeni göndəriş rəsmiləşdirilməyib. Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq onun əlilliyinin təkrar qiymətləndirilməsi aparıla bilər.

Amma İxtiyar Cəfərov ixtisaslaşmış müalicəni də ala bilmədiyini deyir. 

1 saylı respublika psixatria xəstəxanasında qazinin tibbi yardım ala bilməməsinin səbəblərini öyrənmək üçün xəstəxana ilə əlaqə saxladıq.  Səhiyyə qurumunda sualları cavablandırmaqdan imtina etdilər, dedilər ki, bu işin onlara aidiyyatı yoxdur. İxtiyar Cəfərov ümumi laqeydlikdən də gileylidir. 

İxtiyar Cəfərovun tibbi problemlərinin həlli bürokratiya dolanbacında ilişib qalıb. Amma tək problemi sağlamlığı ilə bağlı deyil. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo