Multimedia

Ana: Dedilər özünü öldürüb. Sonra bildim ki,...

3 Oktyabr, 2022
2149

Uşağımı istəyirəm onlardan.

İlhamə İsayeva deyir, oğlu Elmar Mirzoev bu il avqustun 18-də Şuşa şəhərində öldürülüb. Əvvəlcə ona oğlunun özünü öldürdüyü deyilsə də, sonradan isə başqa məlumat verilib. 

“Deyir zəng gəldi, bizə deyildiki oğlunun əlində silah açılıb, özünə dəyib. Sonra zəng edib dedilərki iş yoldaşı öldürüb. Niyə düzgün olanı demirdilər? Bu bizi narahat edir.”

İlhamə İsayeva məlumatsızlıqdan şikayətlənir. Deyir ki, hadisənin niyə baş verdiyi onlara düzgün deyilmir. 

“Mənim oğlum həyətdə ölməyib, hərbi hissədə ölüb. Niyə düzgün məlumat verilmir?”

Baş Prokurorluqdan Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, cinayət işi üzrə araşdırma davam etdirilir:

Mirzoev Elmar Elçin oğlunun avtomat silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, istintaqla cinayət əməlinin həmin hərbi hissədə xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Bəhruz Rzayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi tələb edilərək öyrənilmiş, istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə iş üzrə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İlhamə İsayeva oğlu ilə son danışığını belə xatırlayır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo