Sosial

Şəhid qardaşının üzr videosu narazılıq doğurub

16 Sentyabr, 2022
4130

Sosial mediadan skrin

Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar zamanı həlak olan hərbi qulluqçu Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun "üzrxahlıq" videosu yayılıb. 

Sənan Əhmədov bir müddət əvvəl qardaşından "Komando" xüsusi briqadasına götürülməsi üçün 6000 manat rüşvət istənildiyini bildirmişdi: 

“Səbuhi bankdan kredit götürüb tələb olunan məbləği ödəyib ki, “Komando” olsun. Bu hadisədən 3 gündən sonra şəhid oldu”.

Dünən axşam saatlarında yayılan üzrxahlıq videosunda isə Sənan Əhmədov bu məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

“Sosial şəbəkələrdə yayılmış vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsinə toxunmaq istəyirəm. Aydınlaşdırdım ki, onun vəzifə dəyişikliyinə heç bir aidiyyatı yoxdur. Ailədaxili məsələlərə görə gedibdi. Diqqətinizə görə, çox sağ olun. Xahiş edirəm ki, bu məsələləri qaldırıb ailəmizi də qardaşımın ruhunu da incitməyək. Hər şeyə görə sağ olun. Allah bütün şəhidlərə rəhmət etsin”.

Sözügedən video yayıldıqdan sonra sosial mediada gündəm olub və bir çox istifadəçi narazılığını bildirib. 

Sənan Əhmədovun rüşvətlə bağlı açıqlamasından sonra Müdafiə Nazirliyi araşdırma aparıldığını, şəhid qardaşının nazirliyə dəvət olunduğunu bildirmişdi.

Səbuhi və qardaşı Sənan Əhmədov azyaşlı olarkən ata-anaları vəfat edib. Onlar “SOS” uşaq evində böyüyblər.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Sosial

Bu il Azərbaycanda azı 44 hərbçi qeyri-döyüş şəraitində vəfat edib

5 Oktyabr 2026

Şəmkir İH

2026-cı ilin əvvəlindən oktyabrın 4-dək Azərbaycanda azı 44 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) son hesabatında deyilir. Məlumata görə, hərbi qulluqçulardan 13-ü müxtəlif xəstəliklərdən, 9-u avtomobil qəzasından, 7-si bədbəxt hadisədən, 5-i intihardan, 1-i isə ehtiyatsızlıqdan ölüb. Hesabatda 9 nəfərin ölüm səbəbinin açıqlanmadığı bildirilir. Bədbəxt hadisələr suda və dəm qazından boğulma, dağda sürüşmə, hündürlükdən yıxılma və paraşütün açılmaması ilə əlaqələndirilir. Monitorinqə əsasən, ölüm hallarının ən çox qeydə alındığı ay iyul olub. Həmin ay 11 hərbçi ölüb. Ölənlərin 30-u Müdafiə Nazirliyinin, 10-u Dövlət Sərhəd Xidmətinin, digər 4-ü isə Daxili Qoşunlar, Prezident Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar...
Sosial

Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?

15 Sentyabr 2026

aayda.gov.az

Azərbaycanda dövlət qurumlarının bir-biri ilə koordinasiyasız fəaliyyət göstərdiyi barədə vətəndaşlar tərəfindən vaxtaşırı şikayətlər səsləndirilir.  İqtisadçı, Bakı sakini Rəşad Əliyev də sentyabrın 4-də belə bir müşahidəsini sosial media hesabında bölüşüb.  “Deməli, təxminən 2 həftə əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gəlib uzun bir küçədə ödənişli parklanma tətbiq etmək üçün yolun hər iki tərəfinə xüsusi boya ilə parklanma yerləri çəkmişdi. Bunun üçün nə qədər işçi əməyi, xüsusi boya və digər materiallar, vaxt və resurs sərf olunmuşdu. Üstəlik, küçədə yaşayan və yoldan istifadə edən insanlar üçün nə qədər narahatlıq yaradılıb. İndi isə gözünə döndüyüm Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gəlib həmin küçədə...

Seçilmiş Videolar

Toplum TV loqo