Siyasət

Hacı Vəliyev: "Hökumətin qazilərə ögey münasibətindən danışdığım üçün həbs olunmuşam" 

13 aprel, 2026
166

Açıq mənbə

Həbsdə olan İkinci Qarabağ Müharibəsi iştirakçısı, ictimai fəal Hacı Vəliyev ictimaiyyətə müraciət edib. 

O, sosial media hesabında dərc olunan müraciətində həbsinin siyasi xarakter daşıdığını bildirib. 

“Mən “Gənc Qazilər” İctimai Birliyinin təsisçisi və sədri olaraq ictimai fəaliyyətimlə əlaqədar, yəni 44 günlük Vətən Müharibəsindən sonra hökümətin qazilərə və veteranlara qarşı soyuq və ögey münasibətini, onlara  qarşı edilən biganəliyi, özbaşınalığı və süründürməçiliyi rəsmi qaydada və sosial şəbəkələr üzərindən yazdığım və video çıxışlarımda səsləndirdiyim üçün sifarişli şəkildə, saxta və həqiqətə uyğun olmayan, qondarma ittihamlarla həbs edilmişəm", - fəal qeyd edib.

"Həbsim siyasi xarakter daşıyır və birbaşa ictimai fəaliyyətimlə əlaqədardır", - o əlavə edib. 

Hacı Vəliyev ötən il martın 31-də həbs olunub.

O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur. 

H.Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı.

O, ötən il martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Onun təsisçisi və sədri olduğu "Gənc Qazilər" İctimai Birliyi H.Vəliyevin həbsindən bir müddət sonra özünü buraxıb. H.Vəliyev birlik üzvlərinin polisin təzyiqi ilə bu addımı atdığını iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...
Siyasət

Cəmil Həsənli bacısı oğlunun döyüldüyünü deyir: “Əli Kərimlinin və mənim əleyhimə danışmağa məcbur ediblər”

6 noyabr 2026

Foto:Turan

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bacısı oğlu Aqil Əliyevin Biləsuvar Rayon Polis Şöbəsində saxlanıldığını və döyüldüyünü iddia edib. Siyasətçi bu barədə noyabrın 6-da sosial media hesabında məlumat yayıb. Cəmil Həsənlinin sözlərinə görə, bacısı oğlundan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı çıxış etməsi istənilib. “Görünür, bunlar Əli bəyin məhkəməsi dövründə ona qarşı ‘ümummilli’ kampaniya hazırlayırlar. Dünən Biləsuvarda bir dəstə polis əməkdaşı idman zalına gəlib mənim bacım oğlu Aqil Əliyevi polis şöbəsinə aparıb. Orada ona deyiblər ki, çıx televiziyada Əli Kərimlinin və dayın Cəmil Həsənlinin əleyhinə çıxış elə. De ki, Əli Kərimli və Cəmil Həsənli xalqı...

Seçilmiş Videolar

Toplum TV loqo