Multimedia

Həbsdən çıxanda sizi nə gözləyir?

1 Avqust, 2022
2525

Həbsxana qapılarından bayıra çıxanda sizi nə gözləyir? Elgün Qəhrəmanov üzərində məhkumluq damğası daşımağın çətinliklərini öz təcrübəsində yaşayıb.   
 
Xocalıdan məcburi köçkün olan Elgün Qəhrəmanov iyulun 16-da azadlığa çıxıb.  
 
İndi bir qəpiksiz qaldığını deyən keçmiş məhbus nə birdəfəlik müavinətini ala, nə də iş tapa bilir.  

O, birdəfəlik müavinət üçün Dövlət Sosial Müdafiə fondunun Goranboy rayon şöbəsinə müraciət etsə də, qurumdan bildiriblər ki, ödənişini ancaq gələn ayın sonu ala bilər.  
 
Amma gələn ayadək Elgün Qəhrəmanovun necə dolanacağı da sual altındadır.  
 
Vəkil Fariz Namazlı və sosioloq Sənubər Heydərov keçmiş məhbusların qarşılaşdıqları çətinliklərdən danışırlar.  
 
Fariz Namazlının sözlərinə görə, keçmiş məhbuslar hüquqlarından kifayət qədər faydalana bilmirlər.   
 
Sənubər Heydərova isə deyir ki, cəzalarını çəkmələrinə baxmayaraq, keçmiş məhbusların üstündə cinayətkar damğası qalır. Buna görə də onlar azadlığa çıxandan sonra cəmiyyətə inteqrasiya oluna bilmirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Multimedia

 

Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək

6 Avqust 2026

Toplum TV

Avqustun 15-dən Bakı Metropolitenində qatarların “28 May-Nizami” xətti üzrə fəaliyyəti dayanacaq. Rəsmi məlumata görə, buna səbəb metronun qırmızı və yaşıl xətlərinin ayrılması üçün tikintinin başlamasıdır. Tikintinin 11 ay davam edəcəyi gözlənilir.  Bu səbəblə "28 May" və "Nizami" də daxil olmaqla müxtəlif stansiyalar arasında 6 xətt üzrə ekspres avtobuslar fəaliyyətə başlayacaq. Lakin bu avtobuslarda gedişin pullu olacağı xəbəri ictimaiyyət tərəfindən tənqid olunub. Belə ki, bir xətt üzrə gediş haqqı 60 qəpik təşkil edəcək. Bu isə şəhərin bir tərəfindən digərinə getmək istəyənlərin 3 dəfə xərcə düşəcəyi deməkdir.
Multimedia

 

Kartdan-karta köçürmələrə limit: Xeyriyyə ianələri risk altındadır?

6 Avqust 2026

Toplum TV

Azərbaycanda xeyriyyə sahəsinə dövlət nəzarəti vaxtaşırı ictimai müzakirələrin predmetinə çevrilir. Bu yaxınlarda kartdan karta köçürmələrə limit tətbiq olunması da məsələni yenidən aktuallaşdırıb.

Seçilmiş Videolar

Toplum TV loqo