Siyasət

HRW: “Bu, müstəqil mediaya qarşı repressiyalar başlayandan bəri çıxarılan ən ağır hökmdür”

30 İyul, 2026
109

Açıq mənbə

“2026-cı il iyulun 27-də Azərbaycan məhkəməsi doqquz media əməkdaşı və vətəndaş cəmiyyəti fəalını 12 ildən 15 ilədək azadlıqdan məhrum edib. Bu, hökumətin müstəqil mediaya qarşı davam edən repressiyalarına başladığı vaxtdan bəri çıxarılan ən ağır cəzalardır.

“Human Rights Watch” (HRW) insan haqları təşkilatının “Toplum TV işi” üzrə çıxarılmış hökmlərlə bağlı açıqlamasında belə deyilir.

Təşkilat qeyd edir ki, bu, 2025-ci ilin iyununda “Abzas Media işi” üzrə jurnalistlərə verilən 7 il 6 aydan 9 ilədək həbs cəzalarını da geridə qoyur.

HRW xatırladır ki, hakimiyyət əvvəlcə doqquz nəfəri qaçaqmalçılıqda ittiham edib, daha sonra isə onlara digər maliyyə xarakterli ittihamlar da əlavə olunub. “Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edib və cinayət təqibinin siyasi motivli olduğunu bildiriblər.

“Toplum TV”-nin redaktoru Şahnaz Bəylərqızı isə oxşar ittihamlarla bağlı ayrıca cinayət işi üzrə istintaq davam etdiyi üçün ölkədən çıxış qadağası altında qalır”, - açıqlamada deyilir.

Açıqlamada o da qeyd olunur ki, “Toplum TV” 2024-cü ildə əməkdaşları və tərəfdaşları həbs olunmağa başlayana qədər Azərbaycanda fəaliyyət göstərən son müstəqil xəbər 
platformalarından biri idi: “Hakimiyyət ‘Abzas Media’ və ‘Meydan TV’ jurnalistlərinə qarşı da oxşar qaçaqmalçılıq ittihamlarından istifadə edib. ‘Meydan TV işi’ üzrə 12 jurnalist və media əməkdaşının məhkəmə prosesi isə hələ də davam edir”.

“Human Rights Watch” bildirir ki, Azərbaycanda məhdudlaşdırıcı hüquqi mühit müstəqil media və vətəndaş cəmiyyəti təşkilatlarının qanuni fəaliyyət göstərməsini və maliyyə resurslarına çıxışını böyük ölçüdə əngəlləyib.

“Azərbaycan hakimiyyəti bu hökmləri ləğv etməli, həbs edilən jurnalistləri azadlığa buraxmalı, jurnalistlərə və media nümayəndələrinə qarşı siyasi motivli cinayət təqiblərinə son qoymalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları bu hökmləri açıq şəkildə pisləməli, həbs olunanlara azadlıq tələb etməlidir. Onlar müstəqil mediaya qarşı repressiyaların siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün fəsadları olacağını aydın şəkildə bildirməlidir”, - “Human Rights Watch” vurğulayır.

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Məhkəmənin hökmü ilə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov 15, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, "Toplum TV" əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

Həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo