Multimedia

Ələsgər Məmmədlinin vəsatəti təmin edilmədi

5 Dekabr, 2024
35

Toplum TV

Bu gün Bakı Apellyasiya məhkəməsində Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmaması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb. Vəkil Fəxrəddin Mehdiyev Toplum TV-yə məhkəmənin qərarı qüvvədə saxladığını deyib. Oktyabrın 3-də Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin həbs müddətini 3 ay uzadıb. O, noyabrın 28-də keçirilən məhkəmədə haqqındakı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

Rəsmi Vaşinqton İlham Əliyevə cavab verdi: Azərbaycana da hərbi yardım göstərmişik – GÜNÜN İCMALI

26 Dekabr 2024

Toplum TV

AZAL-ın Bakı-Qroznı reysilə uçan sərnişin təyyarəsiqəzaya uğrayıb. **** 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılanşəxslərdən biri “Toplum TV”-yə məktub göndərib; yazıb ki, təcridxanada insanlara işgəncə verilir; müayinə otaqlarındakı çarpayılar pis vəziyyətdədir, mələfələrdə qurumuş qan ləkələri var, həkimlərxəstələrə etinasız yanaşırlar, çox vaxt çağırışlaragəlmirlər, gələndə isə təzyiqölçən cihaz beləgətirmirlər. **** Rəsmi Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana silah tədarüküylə bağlıittihamlarına cavab verib.
Multimedia

Keşlə bazarının bağlanmasına etiraz: Saxlanılan var

23 Dekabr 2024

Toplum TV

“Keşlə” bazarında işləyən şəxslərə yanvarın 1-nə qədər bazardakı malları çıxarmağı və ərazini təhvil verməyi tapşırıblar. Bazarda fəaliyyət göstərən icarədarlar verilən qərara etiraz olaraq aksiya keçiriblər, saxlanılan var.

Seçilmiş Videolar

Toplum TV loqo