Multimedia

Vəkil: "Sevinc Vaqifqızının əli nəfəslik arasında qalaraq xəsarət alıb"

19 Noyabr, 2024
23

Vəkil Aqil Layıc noyabrın 18-də 1 saylı Bakı İstintaq Təcridxanasında Abzas Media nəşrinin baş redaktoru Sevinc Vaqifqızı ilə görüşüb. Vəkil Toplum TV-yə açıqlamasında Sevinc Vaqifqızına qarşı fiziki zorakılıq olmadığını bildirib. Aqil Layıc qeyd edib ki, həmin gün tək Sevinc Vaqifqızının olduğu kamerada deyil, bütün korpusun nəfəslikləri bağlanıb. Noyabrın 17-də Abzas Medianın Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistləri Sevinc Vaqifqızı (Abbasova), Nərgiz Absalamova, Elnarə Qasımovanın zorakılığa məruz qalmaları barədə məlumat yayılıb. Bu barədə Abzas Media jurnalistlərin yaxınlarına istinadən məlumat yayıb. Noyabrın 16-da S.Vaqifqızı ilə görüşə gedən ailə üzvləri isə Meydan TV-yə onun qolunda zorakılıq izləri gördüklərini bildiriblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Multimedia

Əli Kərimli blokadada qaldığını deyir

29 Noyabr 2024

Toplum TV

AXCP lideri Əli Kərimli noyabrın 28-də mətbuat konfransı keçirib. O, 4 ildən çoxdur internet, zəng blokadasında qaldığını deyib. Partiya lideri deyir ki, onun internet blokadasına alınması onun işinə, siyasi fəaliyyətinə ciddi təsir edir.
Multimedia

Rusiya meylli namizədin prezident seçkisindəki uğurunda "TikTok"un rolu araşdırılır - GÜNÜN İCMALI

29 Noyabr 2024

Toplum TV

Avropa Demokratik Seçkilər Platforması hesabat dərc edib. Hesabat belə adalnır: "Azərbaycanda keçirilən seçkilərdə beynəlxalq dəstəklə saxtakarlıqlar törədilib. **** Noyabrın 27-də Xətai Rayon Məhkəməsində Toplum TV-nin həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. *** Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi davam edib. **** Vəkil Fariz Namazlının Dövlət Təhlükəsizliyi Xidmətindən şikayəti üzrə məhkəmə prosesi dünən yekunlaşıb. **** Noyabrın 28-də Avropa Parlamenti Gürcüstandakı vəziyyətlə bağlı daha bir tənqidi qətnamə qəbul edib.

Seçilmiş Videolar

Toplum TV loqo