Siyasət

Famil Xəlilov ev dustaqlığına buraxıldı

3 Dekabr, 2024
208

açıq mənbədən götürülüb

İctimai  fəal və I qrup əlil Famil Xəlilov ev dustaqlığına buraxılıb. 

Bu haqda bu gün - dekabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində qərar qəbul edilib. 

Report xəbər verir ki, dövlət ittihamçısı Rauf Malışov Famil Xəlilovun haqqındakı həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. 

Hakim Azər Tağıyevin qərarına əsasən, Famil Xəlilovun sağlıq durumu, məhkəmədən yayınmacayağı nəzərə alınaraq barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Ötən həftə - noyabrın 28-də məhkəmə onun ev dustaqlığına buraxılması haqda müraciətini rədd etmişdi. Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova  bundan sonra onun quru aclığa başladığını, vəziyyətinin ağır olduğunu bildirmişdi. Hətta dünən dekabrın 2-də bütün ailə üzvləri və təcridxana rəisi ondan aclığı dayandırmasını istəsələr də, Xəlilov razılaşmamışdı. 

Ailəsinin mətbuata verdiyi məlumata görə, COP29 zamanı onun ev dustaqlığına buraxılacağı haqda vəd verildiyi üçün o avqustdan başladığı aclıq aksiyasını dayandırmışdı.  

Mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Özü ittihamları rədd edir, sosial şəbəkədə hakimiyyəti tənqid etdiyinə görə həbs edildiyini bildirir. 

Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstanın Şengen zonasına vizasız gediş rejimi ləğv oluna bilər 

12 İyun 2025

Foto: BBC

Gürcüstanın Şengen zonası ölkələrinə vizasız gediş rejimi ləğv oluna bilər.  Belə ki, Polşa Baş naziri Donald Task iyunun 11-də parlamentdə çıxışında Gürcüstan və başqa ölkələrin vizasız rejiminin ləğv olunması üçün Avropa Parlamentində çoxluq yaratmağa çalışdığını deyib.  “Buna görə məndən inciyəcək gürcülərdən üzr istəyirəm, amma ümumilikdə, mən viza rejiminin sərtləşdirilməsinin tərəfdarıyam. Xüsusən də, Gürcüstan nümunəsində olduğu kimi, artıq avtoritar hakimiyyətlərə dair standartlara hörmət etməyən və ya miqrasiyanın ölkəmizdə və ya Avropada hüquq və asayişə birbaşa təhdid yaratdığı ölkələr üçün bu məhdudiyyətlərin tətbiqini dəstəkləyirəm,” - o bildirib. Mövzu ilə bağlı jurnalistlərin sualına cavab verən Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski belə...
Siyasət

SOCAR Almaniya ilə 10 illik qaz razılaşması bağlayıb

11 İyun 2025

Foto: president.az

Azərbaycanın dövlət neft şirkəti SOCAR Almaniyanın dövlət enerji şirkəti SEFE ilə 10 illik qaz təchizatı haqda müqavilə imzalayıb.  Bu barədə iyunun 10-da “Azərtac” xəbər verib.  Razılaşmaya əsasən, SOCAR SEFE-yə təbii qaz tədarük edəcək və illik həcm tədricən 1.5 milyard kub metrədək artacaq. SEFE-dən mətbuat üçün verilən bəyanatda bildirilir ki, tədarükə bu il start veriləcək.  SEFE-nin icraçı direktoru deyib ki, yeni müqavilə Azərbaycan və Almaniya arasındakı “güclü əlaqələrin sübutudur”.  “Bu tərəfdaşlıqla biz Avropaya böyük həcmdə qazın çatdırılması üçün yeni bir marşrut qururuq, bununla da portfelimizi şaxələndirir və müştərilərimizin təchizat təhlükəsizliyini artırırıq," – o bildirib.  SEFE Almaniya dövlətinə məxsus beynəlxalq enerji şirkətidir...

Seçilmiş Videolar

Toplum TV loqo