Ölkə

Ailəsi Nazim Bəydəmirlinin həbsxanada vəziyyətinin pisləşdiyini deyir

29 Yanvar, 2025
34

Nazim Bəydəmirli/şəxsi arxiv

Nazim Bəydəmirlinin həbsxanada vəziyyəti pisləşib

Bu haqda onun həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.

“Həbs yerlərində Hippokrat çoxdan "persona non qrata" elan olunub. Bu gün Nazim zəng elədi, hamıya salam söylədi. Səhhəti ilə bağlı narahatlığı davam edir. Ürəyindən və sol ayağının tutulmasından şikayət etdi. Bununla bağlı 27.12.24 tarixində Ədliyyə hospitalının Baş Tibb İdarə rəisi Cəmil Kamillinin qəbulunda olmuşam. Nazimin səhhətində yaranmış ciddi sağlıq problemləri haqqında danışmışam, müayinəyə və hospitalizasiyaya ehtiyac olduğu barədə məlumat vermişəm. Mənə mütləq kardioloji ekip göndəriləcəyini və ehtiyac olarsa, hospitala köçürüləcəyinin vədi verildi. Üstündən bir ay keçməsinə baxmayaraq, həkim belə maraqlanmayıb. Nazimi müayinə etsələr vəziyyəti ciddiliyini özləri də görərdilər.

Mən Cəmil bəylə görüşümüzdə ondan səmimi və ədalətli olmağını xahiş etmişdim".

Nazim Bəydəmirli tənqid etdiyi Söyüdlü hadisələrindən az sonra, 2023-cü il iyulun 4-də saxlanılıb. Ona ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə qəsb etmə) maddəsilə ittiham irəli sürülüb. Sonra Bəydəmirli həm də Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin pozulmasında (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) ittiham olunub. 

Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

2024-cü il  sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

Bəydəmirli ittihamları rədd edir, özünü ekologiya məhbusu adlandırır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Gömrük işçilərinin maaşı 4 aydan sonra ödənilib

30 Yanvar 2025

sosial media

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının maaşları 4 aydan sonra ödənilib (“Qafqazinfo”). Komitənin mətbuat katibi Natiq Axundov artıq problem aradan qaldırıldığını, maaşların ödənildiyini bildirib.  Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov işçilərə oktyabrdan bəri maaşların verilmədiyini təsdiqləmişdi. “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, DGK sədri demişdi.  
Ölkə

Meymunçiçəyinə yoluxan şəxs evə buraxılıb

30 Yanvar 2025

sosial media

Meymunçiçəyi virusuna yoluxan şəxsin müalicəsi yekunlaşıb və o, evə buraxılıb. Bu barədə TƏBİB-dən bildirilib. (APA) Qeyd edilib ki, vəziyyəti qənaətbəxş olan şəxsin tibb müəssisəsində qalmasına ehtiyac yoxdur və o, ambulator müalicəni evdə davam etdirəcək. Azərbaycanda bir neçə gün öncə meymunçiçəyinə ilk yoluxma halının olduğu açıqlanıb.   

Seçilmiş Videolar

Toplum TV loqo