Ölkə

Gömrük işçilərinin maaşı 4 aydan sonra ödənilib

30 Yanvar, 2025
27

sosial media

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarının maaşları 4 aydan sonra ödənilib (“Qafqazinfo”).

Komitənin mətbuat katibi Natiq Axundov artıq problem aradan qaldırıldığını, maaşların ödənildiyini bildirib. 

Bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov işçilərə oktyabrdan bəri maaşların verilmədiyini təsdiqləmişdi.

“Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, DGK sədri demişdi.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Meymunçiçəyinə yoluxan şəxs evə buraxılıb

30 Yanvar 2025

sosial media

Meymunçiçəyi virusuna yoluxan şəxsin müalicəsi yekunlaşıb və o, evə buraxılıb. Bu barədə TƏBİB-dən bildirilib. (APA) Qeyd edilib ki, vəziyyəti qənaətbəxş olan şəxsin tibb müəssisəsində qalmasına ehtiyac yoxdur və o, ambulator müalicəni evdə davam etdirəcək. Azərbaycanda bir neçə gün öncə meymunçiçəyinə ilk yoluxma halının olduğu açıqlanıb.   
Ölkə

Ailəsi Polad Aslanovun həbsxana rəhbərliyi tərəfindən təhdid edildiyini bildirir 

29 Yanvar 2025

açıq mənbədən götürülüb

Həbsdə olan jurnalist Polad Aslanov 15 saylı cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulması hallarını ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təhdid olunur. Bu haqda onun həyat yoldaşı Gülmirə Aslanova məlumat yayıb. "Bu gün Polad zəng etdi və dedi ki, cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov məhbusların hüquqlarının pozulduğu haqqında mətbuata məlumat verdiyinə görə onu təhdid edib. O, Polad bir daha belə etsə, onu yaxınları ilə telefon söhbətlərindən və görüşlərdən məhrum edəcəyi, karserə salacağı ilə hədələyib",  həyat yoldaşı bildirib. Bugünlərdə Polad Aslanov evə cəzaçəkmə müəssisəsinin rəis müavininin kabinetindən zəng etməyə məcbur edildiyini və söhbətinə nəzarət olduğunu demişdi. Eyni zamanda o, 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin...

Seçilmiş Videolar

Toplum TV loqo