Ailəsi Polad Aslanovun həbsxana rəhbərliyi tərəfindən təhdid edildiyini bildirir
açıq mənbədən götürülüb
Həbsdə olan jurnalist Polad Aslanov 15 saylı cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulması hallarını ictimailəşdirdikdən sonra rəhbərlik tərəfindən təhdid olunur.
Bu haqda onun həyat yoldaşı Gülmirə Aslanova məlumat yayıb.
"Bu gün Polad zəng etdi və dedi ki, cəzaçəkmə müəssisəsinin rəisi Rəşad Əhədov məhbusların hüquqlarının pozulduğu haqqında mətbuata məlumat verdiyinə görə onu təhdid edib. O, Polad bir daha belə etsə, onu yaxınları ilə telefon söhbətlərindən və görüşlərdən məhrum edəcəyi, karserə salacağı ilə hədələyib", həyat yoldaşı bildirib.
Bugünlərdə Polad Aslanov evə cəzaçəkmə müəssisəsinin rəis müavininin kabinetindən zəng etməyə məcbur edildiyini və söhbətinə nəzarət olduğunu demişdi. Eyni zamanda o, 15 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraitinin pis olduğunu, yer çatışmazlığından bəzi məhbusların yerdə yatdığını, hamamda isti su olmadığını bildirmişdi.
Eyni cəzaçəkmə müəssisəsində saxlanılan bloger Rəşad Ramazanov da bu haqda məlumat verib.
Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə 16 il azadlıqdan məhrum edillib, daha sonra Ali Məhkəmənin qərarı ilə cəzası 13 ilə qədər azaldılıb.
Aslanov bütün ittihamları rədd edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib edildiyini bildirir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. AİHM onun həbsinin qanunsuz olduğunu təsdiq edib və təzminat təyin edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
sosial media
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
2024-cü ildəki sosial vəziyyətin qısa icmalı: varlıların gəlirləri artdı, kasıbların qazancları azaldı
Qazın və elektrik enerjisinin bahalanması sosial vəziyyətə necə təsir edəcək?