Ölkə

Azərbaycanda “siyasi məhbusların sayı 375-ə çatıb” 

11 İyun, 2025
189

Foto: OC Media

Azərbaycanda Siyasi Məhbusların Azadlığı üçün Birlik siyasi məhbus kimi tanınan şəxslərin siyahısını yeniləyib. 

İyunun 9-da açıqlanan yeni siyahıda siyasi motivlərlə həbs olunduğu bildirilən şəxslərin sayı 375-ə çatıb. 

Birliyin əvvəlki siyahısı fevralda yenilənmişdi və həmin vaxt siyahıdakı say 357 idi. 

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb. 

Yenilənmiş siyahıda 241 dindar, 39 müxalifət partiyaları və vətəndaş cəmiyyəti üzvü, 29 jurnalist və bloger, 6 hüquq müdafiəçisi, 5 etnik azlıq fəalı var, 2 sülh fəalı var. 

Həmçinin, bu ilin yanvarında İmişlidə polis maşınının sürəti aşaraq 3 azyaşlının ölümünə səbəb olduğu insidentə etiraz edən və həbs olunan 13 nəfər də siyasi məhbus kimi tanınıb. 

Əlavə olaraq, siyahıda “Gəncə işi” üzrə həbs olunmuş 13 nəfər, “Tərtər işi” üzrə həbs olunmuş 8 nəfər, Gədəbəyin Söyüdlü kəndində həbs olunan 2 nəfər və Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda həbs olunan 5 nəfər var. 

Azərbaycan hökuməti rəsmiləri bir qayda olaraq ölkədə insanların siyasi fikirlərinə və əməllərinə görə həbs olunmadığını iddia edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Elgün İbrahimov barədə olan rəsmi açıqlama qanunidirmi? - “Tribunat” araşdırıb

12 İyun 2025

Foto: Sosial media

Mayın 13-də Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.  Eyni gündə Gəncə şəhər prokurorluğunda hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinə başlanılıb. Yeniyetmənin ölümü sosial şəbəkələrdə və digər informasiya resurslarında müzakirələrə səbəb olub. E.İbrahimovun ölümü ilə bağlı ən sonuncu rəsmi məlumat Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 29-da birgə yaydığı açıqlamadır.  Məlumatın girişində istintaqın davam etdirildiyi elan edilsə də, sonrakı hisəssində artıq bitdiyi barədə təəssürat yaranır.  Yəni, rəsmi açıqlamada istintaqın...
Ölkə

Cəmiyyətin və hökumətin əxlaq problemi - Fariz Namazlının yazısı

12 İyun 2025

Foto: Sosial media

Fransız yazıçısı və ən gözəl novellalar ustası olan Gi de Mopassanın “Gombul” novellası XIX əsr Fransasında sosial və əxlaqi dilemmanı kəskin şəkildə ortaya qoyur. Sadə və vicdanlı bir qadın olan və Gombul adlandırılan bir qadın özünü əxlaq carçıları kimi qələmə verən bir qrup ünsur tərəfindən ilk baxışda “müqəddəs məqsəd” naminə alqışlansa da, sonradan riyakarcasına alçaldılır və kənara atılır.  Müəllif burada cəmiyyətə sual verir – Kimdir əxlaqlı? Öz maraqları naminə başqasını alçaldanlar, yoxsa həyatını dürüst və şəffaf yaşayanlar? Xatırlayırsınızsa, bu sual fransız aktyoru Pyer Rişarın çəkildiyi “Oyuncaq” filmində də verilir, hərçənd orada kim daha vəhşidir deyə sualı verilir. Bu sualın cavabı...

Seçilmiş Videolar

Toplum TV loqo