İqtisadiyyat

İqtisadçı: “Hökumət vətəndaşı yükləmək üçün “kreativ” yollar axtarır”

12 İyun, 2025
330

Foto: Sosial media

Milli Məclisdə “Elektroenergetika haqqında” qanuna mümkün dəyişikliklər müzakirə olunur. 

İyunun 10-da baş tutan müzakirədə qaz və elektrikdən istifadə üçün ödənişlərdə sabit tarif tətbiq olunması təklif olunub. 

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, sabit tarif tətbiq olunduqda yaşayış olmayan evlərin sahibləri də binaya verilən qaz və elektrik enerjisinə görə ödəniş etməli olacaqlar. 

“Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma 2-də yaşayış yoxdur. Amma transformator məntəqəsi onsuz da qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Amma yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Həmin iki mənzildə yaşamayanlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Əslində, bu, həmin binada yaşayanların yükünü azaldacaq. Bu istiqamətdə yük paylaşılacaq”, - o deyib. 

Ekspertlər və sosial şəbəkə istifadəçiləri isə bu qərarın enerji qiymətlərini artıracağını düşünür. 

REAL Partiyasının sədri və iqtisadçı Natiq Cəfərli “Facebook” səhifəsində yazıb ki, hökumət “vətəndaşları yükləmək üçün “kreativ” yollar axtarır, məntiqsiz, iqtisadi əsaslandırması zəif və mənasız olan “arqumentlərlə” insanlardan əlavə vəsait toplamağa çalışır”. 

“Yəni, yaşadın-yaşamadın, ödəməlisən, sanki inhisarçı dövlət şirkəti yox, reketdilər. Demək istəyirlər ki, biz mənzilə qədər elektrik və qaz xəttləri çəkirik, infrastruktur qururuq, siz də işlətdiniz-işlətmədiniz, ayrıca aylıq “sabit” məbləğ ödəməlisiniz”, - o qeyd edib. 

“Birincisi, biz – vətəndaşlar öz vergilərimizlə o infrastrukturun qurulmasında artıq iştirak etmişik, çünki ölkədə infrastruktur layihələrinin çoxu büdcə hesabına həyata keçirilir, büdcəyə isə hamımız vergi veririk. İkincisi, biz vətəndaşların seçimi yoxdur axı, su, işıq, qaz inhisarçılar olan dövlət şirkətlərinin əlindədir, bizim hüquqlarımızı kim qoruyacaq?! Yaxşı, saatlarla işıq, qaz, su olmayanda, şirkətlər vətəndaşlara kompensasiya ödəyəcəklərmi?”, - iqtisadçı sual edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycan bankları Cənubi Qafqazda ən az mənfəətə sahib olub

28 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan bankları bu ilin ilk yarısında Cənubi Qafqazda ən az mənfəətə sahib olublar.  Bu barədə iqtisadçı Samir Əliyev “Facebook” səhifəsində üç ölkənin statistik məlumatlarına əsasən xəbər verib.  O bildirib ki, 2025-ci ilin ilk yarısında Cənubi Qafqaz ölkələri arasında Gürcüstan bankları ən çox mənfəət əldə ediblər. “Ölkədə fəaliyyət göstərən 19 bankın 15-i yarımili mənfəətlə başa vuraraq ümumilikdə 569,1 milyon dollar qazanıblar. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% çoxdur”, - Əliyev yazıb. Ermənistanda isə banklar cari ilin ilk yarısında mənfəətlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artırıblar. Ölkədəki 17 bankın 12-si mənfəət əldə edib və ümumi mənfəətləri təxminən 513...
İqtisadiyyat

Azərbaycan ilk dəfə Ukraynaya qaz satacaq

28 İyul 2025

Foto: açıq mənbə

Ukraynanın dövlət neft-qaz şirkəti "Naftoqaz" Trans-Balkan marşrutu ilə təbii qazın idxalına dair Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ilk müqaviləni imzalayıb. Bu barədə iyulun 28-də “Naftoqaz” mətbuata açıqlamasında deyib.  “Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik həcmli, lakin strateji əhəmiyyətli addımdır. Bu, həm də təchizat mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz”ın baş direktoru Serxi Koretski bildirib . “Naftoqaz” həmçinin Ukrayna prezidenti Voladimir Zelenskiyə, Ukrayna hökumətinə və Ukraynanın Energetika Nazirliyinə “bu razılaşmanın əldə olunmasında göstərdikləri dəstəyə görə”, eləcə də “etimada görə” azərbaycanlı həmkarlarına minnətdarlığını bildirib. Ukrayna 2025-ci ilin mayında Bolqarıstan, Rumıniya və Moldovadan keçən yeni Trans-Balkan marşrutunu...

Seçilmiş Videolar

Toplum TV loqo