Ölkə

Bakının yağış probleminin səbəbi: təbiət, yoxsa hökumət?

17 Aprel, 2025
163

sosial media

Son yarım ildə artıq ikinci dəfədir ki, güclü yağış suları paytaxtda hərəkəti iflic edir.

Mərkəzi prospektləri su basır, uzun tıxaclar yaranır. 

Hətta ötən ilin oktyabrındakı yağışda “Sabunçu” tunelində iki nəfər boğularaq ölmüşdü. 

Demək olar ki, hər il güclü yağış oxşar görüntülərlə müşaiyət olunur. 

Bəs Bakı niyə güclü yağışa hazır deyil? 

Rəsmilər bir qayda olaraq təbiəti günahlandırırlar. Oktyabrda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında yağıntının normadan artıq olduğunu demiş və bunu təbii fəlakət adlandırmışdı. 

Aprelin 16-da da Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mediaya deyib ki, bu dəfəki yağıntının miqdarı son 59 ildə rekord göstərici olub. 

Lakin sosial şəbəkələrdə fikirlərini paylaşan, uzun müddət paytaxtda yaşamış sakinlər qeyd edib ki, Sovet dövründə belə iflic vəziyyətlərinə şahidlik etməyiblər. 

Heydər Əliyev prospektində yerləşən, 1955-ci ildə Azərbaycan SSR-in birinci katibi Mircəfər Bağırovun sifarişi ilə inşa olunan, xalq arasında “Bağırov körpüsü” olaraq bilinən körpünün altı ötən leysanda olduğu kimi bu dəfə də suya qərq olub. 

Prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və yalnız bir neçə saatdan sonra bərpa olunub. 

Tarixçi, hazırda Parisdə yaşayan Altay Göyüşov “Facebook” hesabında qeyd edib ki, Bakıya həmişə leysan yağış yağsa da, gəncliyində bu körpünün altının su ilə dolduğunu görməyib. 

“Sonra bu hakimiyyət gəldi, onun tikinti korrupsiyası, ifrat oğurluğu gəldi. Bu tikinti korrupsiyası körpünü təzələdi, nə bilim təmir elədi, elə o gündən də hər yağış yağanda o körpü su altında boğulmağa başladı”, - o yazıb. 

"Bağırov" körpüsündə yenidənqurma işləri 2008-ci ildə Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində əvvəlcə körpünün üzərinə çıxış üçün nəzərdə tutulan köməkçi yollar genişləndirilib, bundan sonra körpünün dizaynında yenilənmə işləri aparılıb. 

Eldar Əzizov 2024-cü ilin oktyabrında yağıntı sularının çoxluğu ilə bağlı demişdi ki, “ola bilsin müəyyən ərazilərdə tikinti zamanı bəzi nöqsanlara yol verilib”. 

“Bakı sürətlə inkişaf edir, yeni binalar tikilir. Buna paralel olaraq kanalizasiya sistemi də inkişaf etməlidir. Bu isə bəzən alınır, bəzən yox. Hər halda problemlər mövcuddur. Kanalizasiya sisteminin problemi müəyyən mənada gündəlikdədir və tədbirlər görülür”, - o bildirib. 

Ekspertlər hər yağışda Bakının suya qərq olmasının səbəbini şəhərdə yağış suyunu çəkib aparan kollektorların azlığında, köhnələrin də yenilənməməsində görürlər. 

2024-cü ilin oktyabrında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu “Baku.ws” saytına bildirib ki, Bakı şəhərinin əksər ərazilərində fəaliyyət göstərən kollektorlar, borular, su axıntıları üçün drenaj sistemlər Sovet dövründən qalıb və bəziləri istismar müddətini bitirib. 

“Bununla yanaşı 15-20 il bundan öncəyə baxsaq, Bakı şəhərində 2 milyon əhali vardı. O zaman bu qədər tikintilər, bu qədər evlər yox idi. Amma bu gün Bakıda 5 milyondan çox əhali var. Tikintilərin də sayı 100 dəfədən çox artıb. Digər tərəfdən də, fərdi yaşayış evlərinin sayı artıb. Bu evlər də harda gəldi inşa olunublar. Obyektlərin çoxu su, kanalizasiya, kollektor xətlərinin üzərində inşa olunub”, - o deyib.

2016-cı ildə Prezident İlham Əliyev sərəncamla Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup yaratmışdı, sədr kimi də o vaxt Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevi qoymuşdu. 

İşçi qrupunun fəaliyyəti ilə bağlı 2017-ci ilin mayında baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, bunlardan 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. 

Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Bunun 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsi üçün lazımdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Selə görə ölənlərin sayı 4 oldu

18 Aprel 2025

açıq mənbədən götürülüb

Yağıntıdan sonra yaranmış sel nəticəsində Şabrançay çayında batanların sayı üçə çatıb. Belə ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Lent.az-ın məlumatına görə, F.Paşayev yaşadığı Dağbilici kəndinə gedirmiş. Bu zaman kəndə gedən körpünü sel apardığını görüb və yolunu dəyişmək istəyib. Lakin Zağlı çayının daşması nəticəsində selə düşərək boğulub ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) aprelin 17-də yaydığı məlumatda deyilirdi ki, Şabrançay çayında Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Məmmədov və Salyan rayon sakini  63 yaşlı Etibar Nağıyevin meyiti tapılıb. Həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik...
Ölkə

Şabranda iki nəfər çayda batıb

17 Aprel 2025

açıq mənbədən götürülüb

Aprelin 16-sı Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində iki nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub:  "Müraciətlə əlaqədar FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində iki nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib". Meyiti tapılan şəxslər Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Məmmədov və Salyan rayon sakini  63 yaşlı Etibar Nağıyevdir. Onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər 2 şəxs işə gedən zaman selə düşüb. Son günlər yağan yağışlar Azərbaycanın bir çox bölgəsində fəsadlara və...

Seçilmiş Videolar

Toplum TV loqo