Ölkə

DTX: Anti-terror əməliyyatı zamanı 8 nəfər ölüb, 2 nəfər yaralanıb

3 Fevral, 2025
19

Açıq mənbədən götürülüb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyi (DİN) Qusarda anti-terror əməliyyatı keçirib.

Nəticədə 8 nəfərin öldüyü, iki nəfərin yaralandığı deyilir.

DTX-nın bu haqda yaydığı məlumata görə, əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş  şəxsin Qusar rayon sakinləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə rayon ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. 

Bildirilir ki, qruplaşma üzvlərindən birinin istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atıb, nəticədə xüsusi təyinatlılardan biri yaralanıb, həmin şəxs isə "zərərsizləşdirilib". 

Daha 4 nəfərin isə Cibir kəndi yaxınlığında gizli sığınacaqda partlayıcı vasitəni işə salarkən öldüyü, bir nəfərin Hil kəndinin yaxınlığında yerləşən fermada, iki nəfərin isə Hil kəndi ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən "zərərsizləşdirilmələri" deyilir.

Daha bir nəfərin partlayıcı qurğuları Qusarda yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlətməsi və həmin qurğuları partlaması nəticəsində xəsarət aldığı bildirilir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələrlə altı nəfər haqda Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hələlik həmin şəxslərin yaxınları ya da vəkilləri deyilənlərə münasibət bildirməyiblər. 

DTX-nın yaydığı məlumata görə, sığınacaqlardan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq götürülüb


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

“Ölkədə internet benzin qiymətinə qalxıb” - Tünzalə Ağayeva

31 Yanvar 2025

Tünzalə Ağayeva/sosial media

“İnternet başqa ölkələrdə su qiymətinədir. Bizdə niyə bu qədər bahadır? Bizdə internet benzin qiymətinə qalxıb”. Müğənni Tünzalə Ağayeva sosial media paylaşımında internetin bahalaşması ilə bağlı fikirlərini belə ifadə edib. O, başqa ölkələrdə internetin su qiymətinə olduğunu, Ərəb Əmirliklərində küçədə də internetdən şifrəsiz istifadənin mümkün olduğunu qeyd edib. “Ölkəmizdə hər şey ən yeni, müasirdir. Amma gülməlidir ki, adi yerlərdə, məsələn, metroda internet tutmur. Necə ola bilər?”, müğənni əlavə edib. Azərbaycanda ötən ilin avqustunda internet provayderləri tarifləri artırıb. Bundan sonra sürəti 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber optik internet xidmətlərinin 100 mbit/s-lik sürət və aylıq...
Ölkə

Ağcabədidə 5 nəfərin öldüyü partlayışla bağlı cinayət işi başlanıb - YENİLƏNİB

31 Yanvar 2025

Açıq mənbədən götürülüb

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.  Baş Prokurorluğun yaydığı məlumata görə, faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Partlayış nəticəsində həyatını itirən beş nəfərdən üçünün yetkinlik yaşına çatmayan şəxslər olduğu açıqlanıb. Həlak olanlar bunlardır: 1. Quliyev Şamiq Əfqan oğlu (1959); 2. Quliyev Bəhruz Şamiq oğlu (1983); 3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015); 4. Məmmədli Murad Vidadi oğlu (2018); 5. Quliyev Natiq...

Seçilmiş Videolar

Toplum TV loqo