Siyasət

Prezident İlham Əliyev İran Prezidentini Azərbaycana dəvət edib

3 Fevral, 2025
11

sosial media

Fevralın 2-də Tehranda İran Prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüş olub.

“Görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb”, səfirliyin X sosial şəbəkəsindəki səhifəsində qeyd olunur.

Hikmət Hacıyev fevralın 1-dən İranda səfərdədir. O, daha öncə bir neçə yüksək vəzifəli İran rəsmisi ilə görüş keçirib.

O, sosial media hesabında görüşlər zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq, o cümlədən 3+3 formatında, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət, həmçinin Şimal-Cənub və Ağbənd-Naxçıvan nəqliyyat layihələrinin müzakirə olunduğunu bildirib.

Bu barədə H. Hacıyev özü X Platformasında qeyd edib.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Sərhəd rayonlarında postlar qurulub: Əməliyyat keçirilir

3 Fevral 2025

açıq mənbədən götürülüb

Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarında polis postları qurulub. Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında bir həftə ərzində “Sərhəd-Sipər” şərti adı altında kompleks əməliyyat-axtarış tədbirlərinin keçirildiyi bildirilir. Əməliyyatların Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən aparıldığı deyilir. Kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin fevralın 3-dən 10-dək davam edəcəyi qeyd edilib.      
Siyasət

Siyavuş Novruzov: “Parlament Müstəqillik Gününədək amnistiya aktı işləyib hazırlaya bilər”

3 Fevral 2025

sosial media

Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var. Bu təkliflə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. Müstəqillik illərində Azərbaycanda 13 amnistiya aktı və 70-dən çox əfv sərəncamı qəbul olunduğunu xatırladan deputata deyib ki, parlament yenə təşəbbüs göstərib Müstəqillik Gününə - 28 Mayadək belə amnistiya aktını işləyib hazırlaya bilər. Deputat təklif edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edənlərə amnistiya verilsin. Azərbaycanda sonuncu dəfə amnistiya aktı 5 noyabr 2021-ci il Qələbə Günü   münasibətilə qəbul edilib. Həmin amnistiya 16 min nəfərə şamil edilib, 3 min nəfər həbsdən azad edilib.  Amma bu amnistiya hüquq müdafiəçilərinin siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo