Ölkə

"Amnesty International" "Meydan TV" əməkdaşlarının azad edilməsi ilə bağlı kampaniyaya başlayıb

10 Yanvar, 2025
35

Meydan.tv

"Amnesty International" beynəlxalq hüquq-müdafiə təşkilatı "Meydan TV"nin altı əməkdaşının və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun azad edilməsi tələbilə kampaniyaya başlayıb (Turan).

Qurum insanları Prezident İlham Əliyevə məktub göndərərək jurnalistlərin dərhal azad edilməsini tələb etməyə çağırır.

"Amnesty International"ın bəyanatında deyilir ki, onların qanunsuz həbsi  bir il əvvəl jurnalistlərə və hökumətin tənqidçilərinə qarşı artan repressiyaların bir hissəsidir.

Onlar ölkəyə valyuta qaçaqmalçılığında ittiham olunublar. Azərbaycanda digər tənqidi səslərə qarşı istifadə olunan ittihamlara bənzər bu ittiham uydurma və siyasi motivlidir", - bəyanatda deyilir.

Beynəlxalq kampaniyanın mart ayına qədər davam edəcəyi deyilir.

Ötən ilin dekabrında qaçaqmalçılıq ittihamı ilə saxlanılan "Meydan TV"nin əməkdaşları Xəyalə Ağayeva, Aytac əhmədova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Aysel Umudova və Ramin Deko (Cəbrayılzadə) ittihamı rədd edir, həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

Bundan əvvəl eyni ittihamla Abzas Media, Kanal 13, Toplum TV və digər nəşrlərin 15-ə yaxın jurnalisti və media işçisi həbs edilib. Onlar da ittihamı rədd edir və həbslərini peşə fəaliyyətləri ilə izah edirlər.

Azərbaycan hakimiyyəti isə ölkədə jurnalistlərin təqib olunmadığını, söz azadlığının təmin edildiyini bildirir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Qubad İbadoğlu: “Şəxsiyyət vəsiqəm fəaliyyətsizdir”  

10 Yanvar 2025

Sueddeutsche.de

“Mobil notarius və ASAN xidmət sistemində Qubad İbadoğlu adı ilə heç bir əməliyyat aparmaq mümkün deyil”  İqtisadçı alim və siyasətçi Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz olduğunu deyir.  Bu haqda Turan-a danışan İbadoğlunun sözlərinə görə, şəxsiyyət vəsiqəsi 2031-ci il avqustun 4-dək etibarlı olsa da, bu sənəddən istifadə edə bilmir. O bildirir ki, şəxsiyyət vəsiqəsi  ilə notarial qaydada etibarnamə vermək və ya əldə etmək hüququ məhdudlaşdırılıb. Bundan başqa, mobil notarius və ASAN xidmət sistemində Qubad İbadoğlu adı ilə heç bir əməliyyat aparmaq mümkün deyil.  İbadoğlunun söylədiyinə görə, sistemə FİN məlumatlarını daxil edərkən, “daxil olmuş FİN əsasında  vəsiqə məlumatı...
Ölkə

Əməliyyat zamanı ad günü keçirilən xəstəxananın işçiləri cərimələnib - Səhiyyə Nazirliyi 

10 Yanvar 2025
Səhiyyə Nazirliyi mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı doğum gününü qeyd etməsi ilə bağlı “German Hospital”da yoxlamalar aparıb və dörd əməkdaşı cərimələyib. Bu haqda nazirlikdən Modern.az-a bildirilib ki, xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə 500 manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, icraata göndərilib. “Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir", - nazirliyin açıqlamasında...

Seçilmiş Videolar

Toplum TV loqo