Ölkə

Baş konsul: “Həlak olanlardan bəzilərinin meyiti tanınmaz haldadır”

26 Dekabr, 2024
23

Toplum TV

Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı həlak olanlardan bəzilərinin meyitlərinin tanınmaz halda olduğunu bildirib (APA).

“Bildiyiniz kimi, təyyarədə ekipaj üzvlərilə birlikdə 67 nəfər olub. Onlardan 38-i həlak olub, 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, Azərbaycan vətəndaşlarından 16-sı sağ qalıb, 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərlərinin vəziyyəti ağır-stabil olaraq qalır. Çalışırıq ki, yaralıları Azərbaycana göndərək" - səfir belə deyib. Süleymanlının sözlərinə görə, şəxsiyyəti müəyyən edilənlərin cənazələri Vətənə göndəriləcək: “Təəssüf ki, bəzi meyitlər tanınmaz haldadır. Lazımi tibbi proseduralardan sonra həmin cənazələr də Azərbaycana göndəriləcək".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Saxta yolla plastik cərrahlığa icazə verdiyi deyilən vəzifəlilər saxlanılıb

Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yaydı

27 Dekabr 2024

açıq mənbədən götürülür

Dekabrın 27-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən iki vəzifəli şəxsin saxlanılması haqqında məlumat yayıb.  Bunlar Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri olmuş Lətafət Cabbarovadır. Bildirilir ki, adları çəkilən şəxslərin və korrupsiya şəbəkəsinin digər üzvlərinin qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına, saxta sertifikatlarla təmin olunması və digər sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına...
Ölkə

Qəzadan əvvəl təyyarə xaricdən fiziki və texniki müdaxiləyə məruz qalıb - Azərbaycan Hava Yolları

27 Dekabr 2024

açıq mənbədən götürülüb

İlkin nəticələr göstərir ki, çərşənbə günü Qazaxıstanda qəzaya uğrayan təyyarə  “xaricdən fiziki və texniki müdaxiləyə məruz qalıb”, Azərbaycan Hava Yollarının açıqlamasında belə deyilir.  AZAL bu açıqlamanı  “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrov sözügedən qəzadan əvvəl Ukrayna dronlarının hücumuna görə Qroznı aeroportu ərazisində “Xalça” rejiminin tətbiq edildiyini etiraf edəndən sonra yayıb.  Daha əvvəl Azərbaycan Hava Yolları Rusiyanın daha üç şəhərinə - Vladiqafqaz, Nijni Novqorod və Saratov şəhərlərinə uçuşları dayandırdığını açıqlamışdı. Bu günsə Rusiyanın daha yeddi şəhərinə - Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Qroznı və Mahaçqala şəhərlərinə uçuşları dayandırdığını bildirib.    

Seçilmiş Videolar

Toplum TV loqo