Siyasət

Rusiya Qroznı səmasında dronların vurulduğunu etiraf etdi  

27 Dekabr, 2024
28

açıq mənbədən götürülüb

Rusiya etiraf etdi ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzaya uğramazdan əvvəl Çeçenistanda hava hücumundan müdafiə sistemləri dronların hücumunu dəf edib (https://t.me/bbcrussian/74681). 

Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bildirib ki, AZAL-ın təyyarəsi “Xalça” rejiminə görə Çeçenistan paytaxtına enə bilməyib. Daha əvvəl Ukrayna dronları Qroznı və Vladiqafqaz şəhərlərindəki mülki infrastruktura hücum etdikləri üçün Qroznı hava limanında bütün təyyarələrin ərazini dərhal tərk etmələrini tələb edən rejim tətbiq olunub.

Ötən gün KİV-lər yazmışdılar ki, Azərbaycan Hava Yollarının təyyarəsi Qroznıya yaxınlaşan dəqiqələrdə bu şəhərə dron  hücumu olub. Yadrovun açıqlamasıyla Rusiya hakimiyyəti bu faktı ilk dəfə təsdiqləmiş olub.

Amma “Rosaviasiya”nın rəhbəri təyyarənin üzərindəki zədələrlə bağlı heç nə deməyib. 

Dünən bir neçə media orqanı Azərbaycan hakimiyyətindəki mənbəyə istinadən yazıb ki, “Embraer-190” zenit raketilə vurulub.

“Qroznı hava limanı ərazisində sıx duman olub. 500 metr hündürlükdə yer səthi görünməyib" deyən Yadrovun sözlərinə görə, “komandir təyyarəni Qroznıya endirmək üçün iki uğursuz cəhd edib”.

 “Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına uçmaq barədə qərar qəbul edib” – Yadrov belə deyib.

Dron hücumunu dəf etmək üçün Rusiya ordusunun hansı üsullardan istifadə etdiyini açıqlamayan Yadrov etiraf edib ki, “birgə araşdırılmalı olan çoxlu müxtəlif hal” var.

“Biz bu işdə həmkarlarımızla əməkdaşlıq etməyə tam hazırıq”, deyə o əlavə edib.

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau istiqamətinə yön alıb. Az sonra təyyarə şəhərin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişinlə ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb. Qəzanın səbəbləri araşdırılır.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Prokuror Bəxtiyar Hacıyevə 11 il iş istədi

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib. Prokuror Hacıyevə 11 il iş istəyib. Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Ötən il iyunun 16-da fəala qarşı maliyyə pozuntuları - qrantların mənimsənilməsilə bağlı yeni ittihamlar irəli sürülüb. O həmçinin qanunsuz sahibkarlıq, pulların yuyulması, qaçaqmalçılıq və saxta sənədlərdən istifadə etməkdə ittiham olunub. Həmin ilin noyabrında ona qarşı daha bir ittiham irəli sürülüb - vergilərin ödənilməməsi. Hacıyev ittihamları rədd edir. O, həbsini siyasi sifariş hesab edir. B.Hacıyev hesab edir ki, həbsinə səbəb Azərbaycan Daxili İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid etməsidir.  
Siyasət

Təyyarə qəzasına görə Çeçenistanda matəm günü elan olunub

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Hava Yollarına (AZAL) məxsus, Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda dekabrın 28-i matəm günü elan olunub (RİA Novosti). Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov bir gün öncə bildirib ki, təyyarə qəzaya uğramazdan əvvəl Çeçenistanda hava hücumundan müdafiə sistemləri dronların hücumunu dəf edirmiş.  Azərbaycan tərəf hesab edir ki, dekabrın 25-də baş verən qəzadan öncə  təyyarə kənardan fiziki və texniki müdaxiləyə məruz qalıb.   Bundan öncə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov qardaşı oğlunu dekabrın 25-də dronları vurduğuna görə mükafatlandırmışdı.  Azərbaycan qəza ilə bağlı Çeçenistanın yardımlarını qəbul etmıyib.  Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli...

Seçilmiş Videolar

Toplum TV loqo