Ölkə

UFC ilk dəfə Azərbaycanda keçiriləcək

14 Aprel, 2025
74

açıq mənbədən götürülüb

Azərbaycan ilk dəfə qarışıq döyüş sənəti üzrə UFC (Azərbaycanca açılışı: Ali Döyüş Çempionatı - red.) turnirinə ev sahibliyi edəcək. 

Bu barədə UFC prezidenti və baş icraçı direktoru Dana Vayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov aprelin 12-də ABŞ-ın Mayami şəhərində razılaşmaya imza atıblar. 

Tədbir UFC, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının birgə əməkdaşlığı ilə təşkil olunacaq. 

Turnirin əsas döyüşündə yarımağır çəki dərəcəsinin keçmiş çempionu Camal Hill ilə Xəlil Raundtri üz-üzə gələcəklər.

Biletlər 25 aprel, saat 10:00-da “iTicket” platformasında satışa çıxarılacaq. 

“Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük tarixə malikdir. Bizim bu regiondan çıxan çox sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda təşkili təsadüfi deyil”, - Vayt açıqlamasında deyib. 

Qayıbov isə bildirib ki, UFC-nin Bakıda keçirilməsi “idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır”. 

UFC dünyada ən məşhur qarışıq döyüş sənəti turniridir və müxtəlif döyüş üslublarını birləşdirən idmançılar burada bir-biri ilə yarışırlar. 

Qarışıq döyüş sənəti boks, cüdo, karate, ciu-citsu və digər döyüş növlərinin elementlərini özündə birləşdirən peşəkar döyüş idman növüdür.

Dana Vayt, həmçinin ABŞ Prezidenti Donald Trampın ən yaxın dostlarından biri kimi tanınır.

O, Trampı bütün seçki kampaniyalarında dəstəkləyib və mitinqlərində çıxış edib. 

Tramp da tez-tez UFC turnirlərində tamaşaçı kimi iştirak edir. O, ən son aprelin 12-də Mayamidə keçirilən turnirin keçirildiyi zala izdihamın ayaqüstü alqışları ilə daxil olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

13 Aprel 2025

sosial media

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub. Məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb. Onun sözlərinə görə, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranmışdı. "Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”, o, qeyd edib. M.Zeynallı bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib. Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittahmı irəli sürülüb.  Eyni iş üzrə Elnur Şükürov da həbs olunub....
Ölkə

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində döyülüb

11 Aprel 2025

sosial media

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində fiziki zorakılığa məruz qalıb.  Bu barədə o, “Facebook” hesabında məlumat verib.  Məmmədova qeyd edib ki, o, İqtisadiyyat Nazirliyi önündə oturaq aksiya keçirərkən mühafizəçilər tərəfindən ordan uzaqlaşması tələb olunub.  Uzaqlaşmadıqda isə, o, nazirliyin Mühafizə İdarəsinin rəisinin tapşırığı ilə 23-cü polis bölməsinə aparılıb və burda polis tərəfindən döyülüb.  Məmmədova oturaq aksiyasına davam edəcəyini bildirib.  O, sosial təşəbbüsü üçün kredit ayrılmamasından şikayət edir.  Məmmədova deyir ki, söhbət 15000 manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. Rəbiyyə Məmmədova 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsünün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını bildirir. ...

Seçilmiş Videolar

Toplum TV loqo