Ölkə

Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub

13 Aprel, 2025
101

sosial media

"Xural" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulub.

Məlumatı jurnalistin həyat yoldaşı Məlahət Zeynallı yayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Əvəz Zeynallının səhhətində ciddi problemlər yaranmışdı.

"Təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparıb, "biopsiya" götürdülər. 10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar”, o, qeyd edib.

M.Zeynallı bildirib ki, bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb.

Əvəz Zeynallı 2023-cü ildə rüşvət almaq ittihamıyla həbs edilib.

Sonradan ona qarşı vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri ittahmı irəli sürülüb. 

Eyni iş üzrə Elnur Şükürov da həbs olunub. 2024-cü ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Zeynallını 9 il, Şükürovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Əvəz Zeynallı ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Ağsuda sel ekskavatoru aşırıb, ölən var 

16 Aprel 2025
Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralıdır.  “Azərtac” xəbər verir ki, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb. Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, texnikanın içində köməksiz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yaralıları ekskavatorun içindən çıxararaq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.  Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparıldığı bildirilir.
Ölkə

DTX Rusiyada yaşayan talış tarixçini həbs edib

16 Aprel 2025

Sosial media

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyada yaşayan talış tarixçi Zahirəddin İbrahimovu həbs edib.  Bu barədə İbrahimovun qohumları “OC Media” saytına məlumat veriblər. Onlar DTX-dən tarixçiyə qarşı, dövlətə xəyanət maddəsi də daxil olmaqla, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldüyü haqda məktub əldə ediblər.  Rusiyanın Yekaterinburq şəhərində yaşayan İbrahimovdan martın 26-dan xəbər almaq mümkün olmayıb. Qohumları isə DTX-nin məktubunu aprelin 9-u qəbul ediblər. Onlar tarixçinin ölkəyə gətirilməsinin Rusiya hüquq-mühafizə orqanları ilə razılaşdırıldığını deyirlər.  İbrahimov 2002-ci ildən Rusiya vətəndaşıdır. O, sonuncu dəfə 2014-cü ildə Azərbaycana gəlməyə cəhd etsə də, hava limanından geri qaytarılıb.  Həm də bloqer kimi fəaliyyət göstərən tarixçi...

Seçilmiş Videolar

Toplum TV loqo