Ölkə

Ülviyyə Əli ABŞ senatoruna: İnsan haqları çoxdan al-ver predmetinə çevrilib
 

14 Oktyabr, 2025
48

Foto; sosial media

"Meydan TV işi" üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) ABŞ senatoru Cin Şehinin ona yazdığı məktuba cavab verib. 

 "Toplum TV" məktubu olduğu kimi təqdim edir. 

"Salam, hörmətli Cin Şehinin!

İlk öncə diqqətiniz üçün təşəkkür edirəm! 

Bu gün mənim ad günümdür və mən Azərbaycan dövlətinin şərlənməsinə məruz qalmışam deyə doğum günümü yaxınlarımla, azadlıqda deyil, dəmir barmaqlıqlar ardında keçirməyə məcbur buraxılmışam. 

Əlbəttə, biz həqiqət uğrunda mübarizə yoluna girəndə, jurnalistikanın peşə etikasına sadiq qalanda çətinliklərlə üzləşəcəyimizi bilirdik və buna hazır idik. Çox sevinirəm ki, hazırda tarixin doğru üzündə dayanmışam və məşəqqətli olsa da nikbinliyimi qoruyub saxlaya bilirəm. 

Çox təəssüf ki, hazırda dünyada iqtisadi maraqlar insan haqlarından daha prioritet müstəvidə tutulur. Heç kimə sirr deyil ki, insan haqları məsələsi çoxdan al-ver predmetinə çevrilib. Müharibələri başladanlar, minlərlə insanların ölümünə fərman verənlər özlərini sülh carçısı elan etməkdən çəkinmirlər. Lakin unutmaq olmaz ki, hər müharibə dünyanı daha da avtoritarlaşdırır, istismarçı, hegemonluq etmək istəyən dövlətləri söz sahibinə çevirir. 

İnsan haqlarını öz riyakarlıqlarında istifadə etmək istəyənlərin sırasında olmadığınız üçün sizə təşəkkür edirəm. Bir gün ədalətin və həqiqi sülhün zəfər çalacağı ümidi ilə,

Ülviyyə Əli 
13.10.2025, Bakı İstintaq Təcridxanası" 

Cin Şehin Ülviyyə Əliyə yazdığı məktubda onun azadlığı üçün əlindən gələni edəcəyini bildirmişdi. 

O, analoji məktubları həbsdə olan "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadəyə də yazıb. 

Mayın 7-də “Meydan TV işi” üzrə həbs olunan Ülviyyə Əli jurnalist kimi “Amerikanın Səsi” ilə əməkdaşlıq edib. 

Bu media qurumu ilə əməkdaşlığını bitirəndən sonra da öz sosial media hesablarında siyasi motivli məhkəmələrdən reportajlar yayımlamağa davam edib. 

2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva və Natiq Cavadlı saxlanılıblar.

Sonradan “Arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli və fotoqraf Əhməd Muxtar da “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Aynur Elgünəş: Ombudsman nümayəndələri təcridxanaya gəlib, bir nəfəsliyi açıb içəri boylanmayıb

14 Oktyabr 2025

Foto: sosial media

"Meydan TV"-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş saxlanıldığı Bakı İstintaq Təcridxanasına (BİT) Ombudsman Aparatının işçilərinin gəldiyini, lakin məhbuslarla görüşmədiklərini xəbər verib.  Bu barədə A.Elgünəş "Meydan TV"-nin ictimailəşdirdiyi məktubunda qeyd edib.  “Oktyabrın 9-da Ombudsman Aparatının nümayəndələri yollarını azıb Bakı İstintaq Təcridxanasına təşrif buyurublar. Saxlanıldığımız 11 ayda ilk dəfə idi gəldiklərini eşidirdim. Ombudsmanın nümayəndələrinin gəldiyi vaxt nəfəsliklər qapalı olduğundan heç kim bu barədə bilməyib də. Nə məhbuslara xəbər verilib, nə də özləri hansısa nəfəsliyi açıb içəri boylanıb. “BİT-ə gedildi” tapşırığına quş qoymaq üçün gəliblər və insan görmədən qaçıblar." A.Elgünəş deyir ki, həmin vaxt özü istintaq otağında olub və Ombudsman Aparatının nümayəndələri...
Ölkə

Ülviyyə Əli: “Ölkədən getmək şansımdan imtina etmək özümü tanımaq üçün vacib idi”

13 Oktyabr 2025

Foto: sosial media

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva) doğum günündə ictimaiyyətə açıq məktub yazıb.  Jurnalist məktubunda azadlıqdakı son aylarını xronoloji olaraq təsvir edib.  Məktubu olduğu kimi təqdim edirik: “Ad günü yazısı və ya yağışda qalmağın hekayəsi” “Onlar deyirlər ki, risk etmək olmaz. Çünki, onların evi var. Evdə isə işıq yanır. Mən dəqiq bilmirəm – hansımız haqlıyıq? Məni küçədə yağış gözləyir, Onları isə evdə nahar Arxamca qapını ört. Mən gedirəm...” Viktor Tsoi “Arxamca qapını ört, mən gedirəm” mahnısından parça 6 dekabr, 2024-cü il, Gürcüstan Axşam 6 radələri idi, yuxudan yeni oyanmışdım, başımı yastıqdan qaldıranda rəfiqəmin mənə qəribə şəkildə baxdığını...

Seçilmiş Videolar

Toplum TV loqo