Region

Aİ Rusiyanın təzyiqləri fonunda Ermənistana dəstəyi artıracağını bildirir

3 İyun, 2026
83

Laurie DIEFFEMBACQ

Avropa İttifaqı (Aİ) Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər fonunda Yerevana dəstəyi artırmağı nəzərdən keçirdiyini açıqlayıb.

Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iyunun 3-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı aparıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Aİ-Ermənistan ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını və bu istiqamətdə əməkdaşlıq mexanizmlərini müzakirə ediblər.

Marta Kos sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, Avropa İttifaqı Rusiyanın artan iqtisadi təzyiqləri fonunda Ermənistanla həmrəyliyini bir daha təsdiqləyib.

"Qısamüddətli perspektivdə Ermənistana dəstəyin artırılması yollarını araşdırırıq. Həmçinin Ermənistanın region ölkələri ilə iqtisadi əlaqələrini dəstəkləmək üçün Cənubi Qafqaz daxilində və regionla ticarət və enerji əlaqələrinin gücləndirilməsi istiqamətində işi sürətləndirəcəyik", - o bildirib.

Mayın 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Aİ Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə görüşüb. Görüşdən sonra əlavə iqtisadi yardım paketi açıqlanmasa da, Moskva Yerevanın Avropa İttifaqına inteqrasiya kursuna sərt reaksiya verib.

Rusiya prezidenti Vladimir Putin mayın 9-da bildirib ki, Ermənistan Avropa İttifaqına üzvlük istiqamətində irəliləmək və ya keçmiş sovet ölkələrinin daxil olduğu ticarət blokunda qalmaq arasında seçim etməlidir. Bundan təxminən iki həftə sonra Rusiya Ermənistanın kənd təsərrüfatı məhsulları, mineral su və alkoqollu içkilərinin idxalına məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Rəsmi statistikaya görə, ötən il Ermənistanın xarici ticarət dövriyyəsinin 35,8 faizi Rusiyanın, 11,7 faizi isə Avropa İttifaqının payına düşüb. Ekspertlər hesab edirlər ki, tətbiq olunan məhdudiyyətlər xüsusilə fermerlərə, aqrobiznes şirkətlərinə və alkoqollu içki istehsalçılarına mənfi təsir göstərə bilər.

İyunun 7-də keçiriləcək parlament seçkiləri öncəsi seçki kampaniyası aparan baş nazir Nikol Paşinyan isə hökumətin Avropada yeni ixrac bazarları tapdığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun 2026

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib. Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb. “Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib. Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin...
Region

Ermənistanda MSK müxalif namizədlərin həbsinə razılıq verib

18 İyun 2026

Sosial media

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin sabiq prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə rəsmi razılıq verib. “Azadlıq Radiosu”nun Ermənistan xidmətinin verdiyi məlumata görə, qərar "Ermənistan" alyansının üzvləri Asatur Koçaryan və Ruslan Barseqyan, eləcə də "Güclü Ermənistan" blokunun üzvləri David Kazinyan və Aşot Yeqiazaryana da aiddir. Komissiya bir neçə gündür ki, prokurorluğun müxalif siyasətçilərlə bağlı vəsatətlərini nəzərdən keçirir.  Bildirilir ki, Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur. Vəkili Aram Orbelyanın sözlərinə görə, işlərdən biri 2004-cü ildə "Master-Class" tennis kortunun sahibi olan şirkətlə torpaq sahəsinin icarəsinə dair bağlanmış müqavilə ilə bağlıdır. Vəkil bildirib ki, Koçaryanın...

Seçilmiş Videolar

Toplum TV loqo