Siyasət

Aqil Məhərrəmov: "Uşaqlarım elə bilirdi işləməyə getmişəm, həbsimi bilmirdilər"

25 May, 2022
2744

Azərbaycan xalq cəbhəsi partiyasının (AXCP) rəyasət heyətinin üzvü Aqil Məhərrəmov 4 illik həbsdən sonra mayın 25-i səhər saatlarında azadlığa buraxılıb.

A.Məhərrəmov 2018-ci ildə həbs olunmuşdu. O Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurdu.

“Eşitdik. Saleh Rüstəmliyə söz veriblər ki, bu yaxınlarda azadlığa buraxılacaq. Ümid edirəm, o da yaxın günlərdə azadlığına qovuşacaq. Yeri gəlmişkən bugün Saleh Rüstəmlinin ad günüdür. Elə onun doğum günündə tutulmuşdum,doğum günündə də azadlığa çıxmışam”,- Məhərrəmov danışır.

Aqil Məhərrəmovun  həbs olunduğu dövrdə əkiz övladları 4 aylıq idilər. Deyir, əsas narahatlığı həbsinin övladlarında psixoloji iz qoyması idi:
“Uşaqlar məni çox yaxşı qarşıladılar. Uşaqlarla demək olar hər gün telefonlarla danışırdım ki, ünsiyyəti bərpa edə bilək. görüşlərə də gəlirdilər, onlar elə bilirdilər ki, mən işləmək üçün getmişəm, həbsimdən xəbərləri yox idi. Amma indi evə həmişəlik gəldiyimə görə, onlar da çox sevinir”.

Aqillə görüşə gələnlər arasında AXCP sədri və üzvləri də var idi. Partiya sədrinin sözlərinə görə, Aqil Məhərrəmovun həbsində məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır:
“Siyasətdə yarış var, siyasətdə rəqabət var. siyasətin qaydaları var, amma azərbaycan bizə qaydasız döyüş təklif edir. Bu gün Aqil bəy gündəmi dəyişib, bu gün gündəm Aqildir.

Amma Aqil bəy bilirsən ki, sən gələnədək gündəm nəydi? Polis zorakılığı. Azərbaycan hakimiyyəti bugün anlamalıdır ki, bugün Aqil Məhərrəmlinin həyatından, övladlarından 4 ilini oğurlayıb, yüzlərlə gəncin illərini oğurluyub. Hakimiyyət bilməlidir ki, bunun bir məsuliyyəti olmalıdır”,-deyə Kərimli vurğulayır.

“ Dörd il sürətlə keçdi, çünki orada hər şey eynidir. Günlər bir-birini təkrarlayır. Dörd il öncə hər şey harda qalmışdısa, indi oradan başlayacağam. Məsələn, 4 il qabaq Real Madrid-Liverpul finalı idi, indi də həmin finallardır.

Dörd il öncə də əfvə düşən siyasi gənclərimiz var idi, bu il də həmin ərəfələri yaşayırıq”,-deyə Məhərrəmov söyləyir.
Hüquq müdafiəçiləri Aqil Məhərrəmovun həbsini siyasi motivli həbs hesab ediblər. Siyasi fəal dörd il öncə qaldığı yerdən davam edəcəyini, siyasi fəaliyyətini bərpa edəcəyini bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo