Sosial media
İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hökumətinin tənqidçisi Kamal İsayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsinə başlanılıb.
İttiham tərəfi K.İsayevin dövlət əleyhinə cinayətlər törətdiyi iddia olunan videogörüntülər nümayiş etdirib və sosial media paylaşımlarından sitatlar gətirib. Videolarda K.İsayevin Böyük Çilə və Novruz bayramından danışdığı müşahidə olunub.
Hakimlərdən biri K.İsayevdən sosial mediada "Talış-Muğan Respublikası" haqda paylaşımlar etməsi haqda soruşub. O isə başqalarının paylaşımlarını "repost" etdiyini, bunun həmin fikirlərlə razılaşdığı mənasına gəlmədiyini bildirib.
Daha sonra ondan sosial mediada "türklərin Azərbaycana qaçıb gəldiyini" iddia edən paylaşım etməsi haqda soruşulub. K.İsayev cavab verib ki, türkdilli tayfaların Azərbaycana sonradan gəlməsi elmi diskussiyanın predmetidir.
"Bunun müzakirəsi cinayət tərkibi təşkil etmir. Bu proses söz davasından ibarət olmamalıdır", - o əlavə edib.
K.İsayevin vəkili Nemət Kərimli vəsatət verərək bildirib ki, müvəkkilinə qarşı ittihamlar konkret deyil. O, məhkəmədən sübut kimi təqdim olunan videomaterialların mətnə köçürülməsi və ekspertizadan keçirilməsi üçün qərar verməyi xahiş edib.
Məhkəmə vəsatəti təmin edib. Növbəti məhkəmə prosesi 20 avqust saat 14:30-a təyin olunub.
Rusiya vətəndaşı olan və bu ölkədə yaşayan Kamal İsayev ötən ilin noyabrında Türkiyəyə səyahət edərkən saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
K.İsayevin “YouTube” platformasında “Jahid Kamal” və “Arya Toloş” adlı kanalları olub və o, Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini mütəmadi tənqid edib.
K.İsayev Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması) maddələri ilə ittiham olunur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”