Məhkəmə

Akif Qurbanovun son sözündən: “Bu sistemə tabe olmaq fikrimiz yoxdur”

21 İyul, 2026
19

Fərqanə Novzurova

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov son söz deməyə başlayıb.

Akif Qurbanovun son sözünün ilk hissəsini təqdim edirik.

“20-ci əsrin 60-70-ci illərində əsas mövzulardan biri mental araşdırmalar, qanunlar olub. Burada inam qanunu formalaşıb. Nəyi görürsünüzsə, ona inanırsınız. İttiham sənədlərini hazırlayan, bu prosesədə iştirak edən müstəntiqlərlə, qərarı icra edənlərlə şəxsi zəmində problemimiz yoxdur. Diktaturalarla demokratiyanın fərqi nədir? Diktatura mərkəzində dayanan səhvin olduğunu qəbul etmir. Bu tarixi sənədlərdə təsdiqini tapır. Nümunə, Stalin. Sadəcə diktə etdikləri əməllərdən həz alırlar. Faktiki olaraq, bu gün ölkəmizdə kommunist rejim hökm sürür. Özlərini komsomolçu kimi aparırlar. Eləcə də İlham Əliyev. Bu gün komandasında olan şəxslər komsomolçuların bioloji xələfləridir. Fuad Əlsgərov, Kamran Əliyev və s.

Demokratiyanın fərqi odur ki, səhv qəbul edilir. Azad seçki olmalıdır ki, səhvlər üzə çıxsın, səhvlər düzəldilsin. Hakimiyyət tək əldə cəmləşməməlidir. Rəsulzadənin yaxşı fikri vardı: Cümhuriyyətin əldə etdiklərini 3-4 adamın adına yazmaq, cəmiyyəti ibtidai təfəkkürə yönəltməkdir.

Biz, cümhuriyyət deyəndə respublikaçılıq ənənələrini, 1918-1920-ci illərin davamını deyirik. Azərbaycanda 1995-ci ildə Rusiyadan köçürülmüş Əliyev konstitusiyası qəbul edilib və sonrakı konstitusiyaları birləşdirərək bütün gücü bir əldə toplayıb. Bu da olur despotizm. İstədiyi adamı qovur, istədiyi adamı tutur. Hakimiyyət “politisid” edir, siyasi genosid edir. Onun iradəsinin əleyhinə bir fəaliyyət xəyanət hesab edilir. Bütün fəaliyyət budur. Özünü hər kəsin mərkəzində görür. Kimləsə hesablaşmaq istəmir. Bizi niyə tutublar? Aramızda olan mövzu millətə xidmətlə bağlıdır. Sən milləti məhv edirsən, biz susmalı deyilik. Budur dərdimiz. İstəyirlər media müstəqil olmasın, məhkəmə müstəqil olmasın. Bizim bu sistemə tabe olmaq fikrimiz yoxdur. Bu yaxınlarda “AzTV”-də İlham Əliyevin Trampa yazdığı 250 illiklə bağlı məktubunu izlədim. Demokratiyanın beşiyi olmasından danışırdı. Necə oldu ki, biz bunu, demokratiyanı təbliğ edəndə milli vətənpərvəlikdən və s. danışırdı. Niyə reallaşdırmır? Bəyəm demişik ki, 52-ci ştat olaq, ya müstəmləkə, niyə hesablaşmalıyıq ki, bu ölkənin qurucusu bir nəfərdir? O da 93-cü ildə. Bəs ondan əvvəl yox idi? Kiminsə bu ölkə şəxsi mülkü, malı ola bilməz.

1995-ci ilin konstitusiyasında müstəqil tərəflər iştirak edirdi mi? Bu konstitusiyanı Əliyev konstitusiyası adlandırıram. Özləri müzakirə edib, özləri də qəbul ediblər. Nəticədə hesab edirlər ki, bu dövlət şəxsi mülkləridir. Qəddafidən, Səddamdan misal gətirirlər. Hakimiyyətin iradəsi ilə formalaşan hökumət ata malı kimi heç kəsə verilməyəcək. İlham Əliyev bunu inkar etmir. Deyir, nəyi, necə, nə vaxt edəcəyimi mən bilirəm. Hər şey edən mənəm. Eşitmisinizmi ki, bir dəfə səhvini etiraf eləsin? Həmişə bir günah keçsini sözdə tapırlar. 

“Müzəffər” təbliğatının Söyüdlüdə dağıldığını gördü. Bu, Əliyevi yuxudan oyatdı. Yaşlı nənələrin etirazı onu silkələdi. Günahkar kimi oldu? Ekologiya Naziri. Ardınca da COP 29-da həmin adamı rəhbər təyin elədi. İndi də şəxsi nümayəndəsidir. Bizim fəaliyyətimizin kökündə dayanan mövzu da budur.

Rəsuzadə deyir, “vətəni sözdə sevmək mümkün deyil, haqq kimidir, gərək döyüşəsən”. Hər il büdcədən milyardları yeyib, amma vətəndaş hər ay soyuducusunu daha az doldurur. Marketlər kimindir? Özlərinin. Ölkənin birja dəyəri 110 milyarddır. Onun 43 milyardı “Paşa Holdinq”ə məxsusdur. Şirkət kimindir? Özünün. Bir sahibkar göstərə bilərsinizmi ki, müstəqildir. Heç kimə bağlılığı yoxdur. Amma işğal olunmuş ərazilərdə iş qursun. Şuşa ancaq bir məhdud qrupundur. Minlərlə şəhid və qazi oldu. Bu torpaq vətəndaşın deyil? 

Biz həbsdə istirahət edirik. Ailələr, vəkillər əziyyətimizi çəkir. Biz manyak deyilik ki, bu əziyyətləri doğmalarımıza yaşadaq. Hökumət deyir, qarayaxma kampaniyası yaratmaq üçün siyasi məhbus məsələsi çıxarılır. Bizi tutan sənsən.

İlk növbədə ailələrə təşəkkür edirəm ki, hər şeyə rəğmən ailə üzvlərini tək qoymurlar. Vəkillərə minnətdaram fədakarlıqlarına görə. Hələ də müsbət işıqları sönməyə qoymurlar. Yanımızda olan dostlara, ictimai dəstək olan vətəndaşlara, müstəqil mediaya təşəkkürümü çatdırıram. Demokratiya, insan haqlarının dəstəkçisi olan yerli və xarici siyasilərə, vətəndaşlara minnətdarım. 

Normal məhkəmə olsaydı, burada olmazdıq. Gerçək istintaq aparılsaydı, öz mövqeyimizi ifadə edib son söz dəyərdik. Bu, olardı çəkişmə. Mənim bu çıxışım ittiham nitqidir. Biz ittiham etmişik deyə cəzalandırılmışıq. İşin faktiki tərəfinə gəldikdə, 6 maddəli ittihama 6 səbəb gətirmək istəyirəm.

1. 2009-cu ildə Mərkəzi Seçki Komissiyasında (MSK) da təmsil olunurdum və “tək adam” üçün referendum keçirildi. İstədiyi qədər seçilir. 23 ildir eyni posta qalması özü üçün etik pozuntu hesab etmir. Bu ölkəni ‘Əliyevistan’ hesab edir. MSK-da üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdiyimdən arzuolunmaz şəxs hesab edildim. 

2. 2013-cü il seçkilərindən sonra protokola imza atmadığımdan MSK-da qalmayacağım aydın idi. 2016-cu ildə üzvlüyümün müddəti bitdi və üzv kimi qəbul etmədilər. Vətəndaş cəmiyyətində insan resursunu artırmaq üçün IDI-yı yaratdıq. Həmin dövrdə çoxsaylı həbslər var idi. Bu boşluğu doldurmaq üçün yeni nəsil vətəndaş cəmiyyəti formalaşmasına yönəldik. İlk jurnalistika, hüquq müdafiəçiləri, iqtisadçı təlimlərinə başladıq. Tək onları yetişdirmirdik.

3. Onlar üçün platforma olan “Toplum TV”-ni yaratdıq. Peşəkar mediaya keçid etdik. 2022-də “Toplum TV” onlayn canlı TV-yə çevrildi. Ölkədə studiyası olan TV. İlham Əliyev deyir, dünyada müstəqil media yoxdur. “Toplum TV”-yə hücumdan sonra. Bu TV-də İlham Əliyev onun mediyalarına dərs verə biləcək jurnalistlər, əməkdaşlar var idi. İndi əksəriyyəti həbsdədir.

4. Şuşa qlobal media forumu keçirilir. Adı da dezinformasiya ilə mübarizə. Dezinformasiyalarla mübarizə aparan, faktları yoxlayan, “Fakt Yoxla”-ya görə həbs olunmuşuq. Azərbaycan hakimiyyətinin dezinformasiyayla mübarizə aparmaq istəyirsə, “Fakt Yoxla”-nın fəaliyyətinə əngəl olmazdı. 

5. Hökumət bir qrupu həmişə aldada bilər, xalqı yox. Deyirdi, ən böyük dərdimiz Qarabağdır. Bəs qazilər müqəddəsdir. Cəfanı çəkəndə birlik olur, səfanı niyə özləri çəkir? Sərvətlər öz əllərində cəmlənir. Xalq hər şeyi yaxşı bilir. Qarabağ problemi bitdiyindən sonra post-Qarabağ dövrü üçün 3-cü Respublika Platformasını yaratdıq. 

6. Bizi qaçaqmalçılıqda ittiham edirlər. Əliyev, Eyvazov, Kamran Əliyev hamısı. Qanunsuz sahibkarlıqda ittiham edirlər. Eyvazov Qubada 300 hektarda alma yetişdirir. Əli Nağıyevə ölkədən pul çıxarılması vəzifəsi tapşırılıb. Əsl qaçaqmalçılığı onlar edib.

Sabah bu adamlar vurulanda əllərindəkini tutub alacaqlar. Biz də bunları deyəndə ictimai müzakirədən qaçıblar. Adımızı da qoyublar qaçaqmalçı.

1. Ələsgər Məmmədli cinayət törətməyib, doğru bildiklərini cəmiyyətə çatdırıb, Şam kimi işıqlandırıb. Deməli həqiqəti yaymaq təhlükəlidir deyə 15 il cəza istənilir.

2. Ruslan İzzətli cinayət törətməyib, siyasi fəaliyyəti rejim üçün arzuolunmaz hesab olunur ki, bu adam cəmiyyəti oyada bilər.

3. Müşfiq Cabbar jurnalistləri öyrətdiyinə, baş verənləri cəmiyyətə çatdırdığına görə həbs olunub.

4. Əli Zeynal öz öyrəndiklərini istər ölkədə, istər xaricdə bölüşüb, alternativ informasiyaların yayılmasına kömək etdiyi üçün həbs olunub. 

5. Ramil Babayevə hər kəs təəccüb edir ki, bu insanın bu ittihamla hansı əlaqəsi var? Ona 14 il iş istəməklə hükumət deyib ki, qatı cinayətkardır Ramil Babayev. Bu adamlar haqqa söykənib, zülmə etiraz edirlər, dirənirlər.

Ona görə də gənclərdən qorxurlar. Göstərə bilərlər, bir məmur övladı şəhid, qazi olub. Döyüşən İzzətli buradadır.

Bütün bunların fonunda iradəmizi ortaya qoymuşuq. Əliyev əsrlərlə çalışsa da, cümhuriyyət ideyalarını silə bilməyib.

Qalanı gələn prosesdə…”

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror təqsirləndirilən şəxslərə uzunmüddətli həbslər istəyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

21 İyul 2026

Sosial media

"Toplum TV işi" üzrə baş tutan növbəti məhkəmə prosesində də media eksperti Ələsgər Məmmədlinin səhhətində problemlər müşahidə olunub.  Həyat yoldaşı Günay Məmmədlinin yaydığı məlumata görə, iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə Ə.Məmmədli ürək sancısından əziyyət çəkib.  "Sancma zamanı zaldakılar fərq etməsə də, Ələsgər bəyin ani hərəkətindən yanında nəzarətçi qismində əyləşən Penitensiar Xidmət növbətçisi və digər şəxs də səksənib. [Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri] Akif Qurbanov və bir neçə nəfər vəziyyəti görüb. Akif bəy çıxışını dayandıraraq həkim çağırılmasını istəyib. Məlum olub ki, həkim övladının problemi olduğu üçün orada olmayıb. Hakim Azər Tağıyev təcili yardım...
Məhkəmə

“Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20 İyul 2026

Toplum TV

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.  Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bu dəfə təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov son söz deyib.  A.Qurbanov çıxışının əvvəlində ittiham aktını hazırlayan və işi aparan şəxslərlə problemi olmadığını, əsas etirazının mövcud idarəetmə sisteminə yönəldiyini bildirib.  "Diktaturalarla demokratiyanın fərqi nədir? Diktatura mərkəzində dayanan səhvin olduğunu qəbul etmir. Bu tarixi sənədlərdə təsdiqini tapır. Nümunə Stalindir. Sadəcə diqtə etdikləri əməllərdən həz alırlar. Faktiki olaraq bu gün ölkəmizdə kommunist rejim hökm sürür. Özlərini komsomolçu kimi aparırlar. Eləcə də İlham Əliyev....

Seçilmiş Videolar

Toplum TV loqo