Siyasət

AŞPA-da erməni əsirlərin məsələsi müzakirə olunacaq

20 Aprel, 2021
1392

UNIAN

Avropa Şurası Parlament Assambleyası (AŞPA) “erməni hərbi əsirlərin, başqa əsirlərin və deportasiya edilmişlərin” məsələsinin müzakirəsini səsvermə yolu ilə plenar iclasın gündəliyinə daxil edib.

Bu barədə aprelin 20-də "Azadlıq Radiosu"nun Erməni xidməti "Azatutyun" məlumat verib. 

Məlumata görə, bunu Ermənsitanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Ruben Rubinyan özünün "Feysbuk" səhifəsində yazıb.

Onun sözlərinə görə plenar iclasda müzakirə aprelin 20-də keçiriləcək.

Bundan əvvəl aprelin 19-da Ermənistan ombudsmanı Arman Tatoyan deyib ki, Azərbaycandakı erməni əsirlərin məsələsi ilə bağlı beynəlxalq strukturlara, o cümlədən ATƏT-in sədrinə, Minks qrupu həmsədrlərinə, Avropa İttifaqının komissarlarına və BMT-nin insan haqları şurasına müraciət edib.

"Azatutyun" yazır ki, erməni tərəfinin müxtəlif təxminlərinə görə Azərbaycanda hələ də 200-dək erməni hərbi əsir var.

Azərbaycan indiyədək Ermənistana ümumilikdə 69, Ermənistan isə Azərbaycana 16 əsir qaytarıb.

Azərbaycan tərəfi bildirir ki, Azərbaycanda saxlanan şəxslər 9 noyabr atəşkəs razılaşmasından sonra Azərbaycanın nəzarətində olan ərazidə tutulublar və Bakı onları qanuni hərbi əsir yox, “terrorçu” hesab edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb

15 Oktyabr 2026

sosial media

İrana bağlı olduğu bildirilən “313 Team” haker qrupu Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup hücumun məktəblərdə hicablı qızlara qoyulan məhdudiyyətlərlə əlaqəli olduğunu bildirib. Azərbaycan hakimiyyəti isə hücumun “xarici haker qrupu” tərəfindən həyata keçirildiyini açıqlayıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücumlar oktyabrın 13-də, təxminən saat 22:00-dan başlayıb. “Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturunda 100-dən çox dövlət domenini hədəfə alan xarici haker qrupu tərəfindən kiberhücum həyata keçirilib”, - qurumun açıqlamasında deyilir. Rəsmi Bakı hücumun arxasında hansı ölkənin və ya qrupun dayandığını açıqlamayıb. “313 Team” isə oktyabrın 14-də “Telegram”da yaydığı açıqlamada Azərbaycan...
Siyasət

“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’

15 Oktyabr 2026

sosial media

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV” internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. “Azadlıq Radiosu”nun məlumatına görə, bu barədə oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun vəkili Rövşanə Rəhimova məlumat verib. Vəkil V.Məmmədovun ev həbsinə buraxılması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin səhhətindəki problemlər qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yaradır. Müdafiəçinin sözlərinə görə, V.Məmmədovun ürəyində təcili cərrahi əməliyyata ehtiyac var: “Onun sağ ayağı, demək olar ki, işləmir”. Vəkil qeyd edib ki, baş redaktor ev həbsinə buraxılarsa, müalicə ala və məhkəmə iclaslarında iştirak edə bilər. Dövlət ittihamçısı vəsatətə etiraz edib. Elmin Rüstəmovun...

Seçilmiş Videolar

Toplum TV loqo