Siyasət

AXCP Bakı meriyası qarşısında etiraz aksiyası keçirəcək

19 Oktyabr, 2022
2036

Açıq mənbələrdən götürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyası oktyabrın 24-ü saat 16:00-da Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbilə etiraz aksiyası keçirmək qərarına gəlib.

Bu barədə Partiya sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, məsələylə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib.

Aksiyasının əsas tələbi sərbəst toplaşmaq azadlığına qadağanın aradan qaldırılmasıdır.

https://toplum.tv/multimedia/ali-mehkeme-eli-eliyevle-bagli-qerar-verdi

“Azərbaycan Xalq Cəbhəsi Partiyasının 30 sentyabr aksiyasından öncə və aksiya zamanı 177 fəal saxlanılıb. Onların əksəriyyəti aksiya başlamadan evinin qarşısında saxlanılıb. Bu, bir daha ölkədə sərbəst toplaşmaq azadlığının olmamasını sübut edir. Hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır ki, adamlar toplaşıb ölkənin problemlərini hökumət qarşısında qaldırmasınlar”, - Əli Kərimli deyib.

Partiya sədri vətəndaşları narahat edən problemlər arasında işsizlik,  kəskin bahalaşma, veteranların intiharı, uşaqlara verilən müavinətlərin olmaması, əhalinin gəlirlərinin az olmasını göstərib.  

Etirazçılar həmçinin siyasi məhbusların azad edilməsini və quru sərhədlərinin açılmasını tələb edəcəklər.

“Rusiyadakı soydaşlarımızın həyatı əvvəlkitək təhlükə altındadır. Onlar öz vətənlərinə quru yolla gəlmək imkanlarına malik olmalıdır”, - Kərimli deyib.

Aksiyada azad seçkilərin keçirilməsi, kardinal demokratik islahatların aparılması tələbləri də irəli sürüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti isə öz növbəsində AXCP-nin mitinq keçirmək barədə müraciətini məqsədəuyğun hesab etməyərək imtina cavabı verib.

Partiyanın Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmli "Turan"-a bildirib ki, aksiya istənilən halda baş tutacaq, çünki şəhər rəhbərliyinin cavabı qanunsuzdur. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo