Siyasət

Həbsdə olan fəalın yaxınları: "Düzülüşə corabsız çıxdığına görə 'kars'a salınıb" 

9 İyul, 2026
127

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin həbsdə olan sədri Sahib Məmmədzadənin saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsində dörd gündür quru aclıq aksiyası keçirdiyi bildirilir.

“Abzas Media”nın fəalın yaxınlarına istinadən yazdığına görə, S.Məmmədzadə cərimə kamerasına (“kars”) salınmasına etiraz olaraq aclığa başlayıb. 

Onlar deyir ki, fəal məhkumların gündəlik düzülüşünə corabsız çıxdığı üçün cəzalandırılıb.

S.Məmmədzadə 2024-cü ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il yarım həbsə məhkum edilib. 

O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə təqsirli bilinib. 

Ötən ilin mart ayında apellyasiya məhkəməsi ona verilən ittihamı 234.1-1-ci (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəyə tövsif edib, beləliklə fəalın cəzasını 3 il 6 aya endirib. 

Fəal özü isə ittihamı qəbul etmir, siyasi fəaliyyətinə görə cəzalandırıldığını deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Memar: "Tarixi irsin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da çatıb" 

28 Oktyabr 2026

sosial media

Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın fasadının zədələndiyi bildirilir.  Bu barədə oktyabrın 27-də memar və ictimai fəal Abdul Hüseynov sosial media hesabında məlumat verib.  "Bu il Azərbaycan Memarlar İttifaqı yaradılmasının 90 illiyini qeyd edir. Tarixi-memarlıq irsinin kütləvi şəkildə sökülməsi, eləcə də Bayırşəhər ərazisini əhatə edən fərdi memarlıq abidələrinin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da təsir edib. Memarlıq abidəsinin yaxınlığında hasar çərçivə və onun çəpəri quraşdırılıb, divarları bərkidilib", - o qeyd edib.  Paytaxtın Bayırşəhər kimi tanınan ərazisində Murtuza Muxtarov küçəsində yerləşən bina 1899-cu ildə inşa edilib və dövlət əhəmiyyətli memarlıq abidələrinin reyestrində yer alır.  Faktın ictimailəşməsindən sonra Memarlar İttifaqı sosial media hesabında...
Siyasət

AXCP üzvünə sosial media paylaşımına görə 10 sutka həbs verilib

28 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidov 10 sutka müddətinə inzibati qaydada həbs olunub. AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova bu barədə “Meydan TV”yə bildirib. Onun sözlərinə görə, kombi ustası kimi çalışan Layiq Rəşidov oktyabrın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə təmir işləri görmək üçün gedib. “Rəşidov evdə işlədiyi vaxt qapı döyülüb. Qapını açan ev sahibinin qarşısına mülki geyimli dörd nəfər çıxıb. Onlar həyətdəki avtomobilin kimə məxsus olduğunu soruşublar. Ev sahibi maşının kombi ustasına aid olduğunu deyib”, - Rəhimova bildirib. Gülnarə Rəhimovanın bildirdiyinə görə, həmin şəxslər avtomobilə zərər dəydiyini və maşının sürtüldüyünü...

Seçilmiş Videolar

Toplum TV loqo