Siyasət

Müdafiəçiləri: "Əli Kərimlinin kamerasına məqsədyönlü şəkildə psixoloji problemləri olan şəxs salınıb”

24 İyun, 2026
133

Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimliyə qarşı psixoloji təzyiqlərin olduğu deyilir. 

Ə.Kərimlinin Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, partiya sədrinin saxlanıldığı kameraya məqsədyönlü şəkildə psixoloji problemləri olan şəxs salınıb. 

"Bu şəxsin psixi sağlamlıq durumu başqaları üçün işgəncə şəraiti yaradır. Bu şəxsin gecə saatlarında uca səslə anlaşılmaz “zikr etmə vərdişi” onunla eyni kamerada yaşamağa məcbur edilənləri yuxu imkanlarından məhrum edir. Biz həmin şəxsin kimliyini də bilirik, onun bioqrafik göstəriciləri də bizə bəllidir, dəqiq bilirik ki, bu cür şəxslər mütləq təkadamlıq kameralarda yerləşdirilməli və müalicə alıb psixi sağlamlıq durumu tam normallaşana qədər mütəxəssis həkim nəzarəti altında olmalıdırlar. Biz əminik ki, bu situasiya qəsdən yaradılıb və məqsəd, əlbəttə, fiziki heysizləşdirmə yolu ilə Əli Kərimlinin iradəsini qırmaqdır", - bəyanatda qeyd olunub. 

Bəyanatda həmçinin bildirilib ki, Ə.Kərimli bu yaxınlara qədər saxlanıldığı kameradan çıxarılıb və hazırkı kameraya yerləşdirilib. Bu kamerada isə televizorun olmadığı, burada saxlanılan digər şəxslərin də telefonla zəng hüquqlarının məhdudlaşdırıldığı deyilir.

Ə.Kərimli daha öncə məhkəmədə demişdi ki, xarici mediaya müsahibəsindən sonra onun ailə üzvləri ilə telefon danışığı imkanları əlindən alınıb. 

Komitə əlavə edir ki, Azərbaycan hakimiyyətinin Ə.Kərimliyə qarşı "başqa, daha ciddi və daha məkrli planları ola bilər və indi yaradılan bu situasiya da həmin planın tərkib hissəsidir". 

Əli Kərimli ötən il dekabrın 1-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Memar: "Tarixi irsin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da çatıb" 

28 Oktyabr 2026

sosial media

Azərbaycan Memarlar İttifaqının yerləşdiyi binanın fasadının zədələndiyi bildirilir.  Bu barədə oktyabrın 27-də memar və ictimai fəal Abdul Hüseynov sosial media hesabında məlumat verib.  "Bu il Azərbaycan Memarlar İttifaqı yaradılmasının 90 illiyini qeyd edir. Tarixi-memarlıq irsinin kütləvi şəkildə sökülməsi, eləcə də Bayırşəhər ərazisini əhatə edən fərdi memarlıq abidələrinin zədələnməsi prosesi Memarlar İttifaqının binasına da təsir edib. Memarlıq abidəsinin yaxınlığında hasar çərçivə və onun çəpəri quraşdırılıb, divarları bərkidilib", - o qeyd edib.  Paytaxtın Bayırşəhər kimi tanınan ərazisində Murtuza Muxtarov küçəsində yerləşən bina 1899-cu ildə inşa edilib və dövlət əhəmiyyətli memarlıq abidələrinin reyestrində yer alır.  Faktın ictimailəşməsindən sonra Memarlar İttifaqı sosial media hesabında...
Siyasət

AXCP üzvünə sosial media paylaşımına görə 10 sutka həbs verilib

28 Oktyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidov 10 sutka müddətinə inzibati qaydada həbs olunub. AXCP Nərimanov rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova bu barədə “Meydan TV”yə bildirib. Onun sözlərinə görə, kombi ustası kimi çalışan Layiq Rəşidov oktyabrın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə təmir işləri görmək üçün gedib. “Rəşidov evdə işlədiyi vaxt qapı döyülüb. Qapını açan ev sahibinin qarşısına mülki geyimli dörd nəfər çıxıb. Onlar həyətdəki avtomobilin kimə məxsus olduğunu soruşublar. Ev sahibi maşının kombi ustasına aid olduğunu deyib”, - Rəhimova bildirib. Gülnarə Rəhimovanın bildirdiyinə görə, həmin şəxslər avtomobilə zərər dəydiyini və maşının sürtüldüyünü...

Seçilmiş Videolar

Toplum TV loqo