Toplum TV
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirli 2 il müddətinə azadlıqdan məhrum edilib.
Partiyanın yaydığı məlumata görə, Qarabağ müharibəsi iştirakçısı olan V.Qədirli barəsində qərar iyunun 30-da İmişli Rayon Məhkəməsi tərəfindən çıxarılıb.
Vüqar Qədirli ötən il dekabrın 12-də saxlanılıb və İmişli rayonunda işlədiyi kafedə, sonra isə evində polis və mülki geyimli şəxslər tərəfindən axtarış aparılıb.
Dekabrın 13-də isə onun barəsində qanunsuz silah saxlama ittihamı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda partiyanın sədri Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü həbsdədir.
Ə.Kərimli və həbsdə olan digər AXCP üzvləri ittihamları qəbul etmirlər, siyasi fəaliyyətlərinə görə hakimiyyət tərəfindən cəzalandırıldıqlarını deyirlər.
İnsan haqları təşkilatları hazırda Azərbaycanda 328 siyasi məhbus hesab edilən şəxs olduğunu deyirlər.
Rəsmi Bakı isə, bir qayda olaraq, ölkədə siyasi məhbusların olmadığını bildirir, yerli və beynəlxalq təşkilatların mövqeyini rədd edir. Rəsmilərə görə, Azərbaycanda siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə mühakimə olunublar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”