Açıq mənbələrdən götürülüb
12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalar nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.
Bu barədə sentyabrın 20-də Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilir ki, sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə AHərbi Prokurorluğun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra onlar Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.
https://toplum.tv/siyaset/bayramovla-mirzoyanin-nyu-york-gorusu-ne-ved-edir
"Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəkdir", - deyə məlumatın sonunda qeyd edilib. Bu, o deməkdir ki, həlak olan erməni hərbiçilərinin sayı bununla məhdudlaşmır.
Azərbaycan sentyabrın 17-də artıq 32 meyiti Ermənistana təhvil vermişdi.
İndiyədək Ermənistan sərhəddə son döyüşlər zamanı 207 nəfərin həlak olduğunu etiraf edib. Son rəqəmlər bu sayın 302 nəfərə çatdığını deməyə əsas verir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb
sosial media
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Bəyanat: “Sosial media hesablarına qarşı koordinasiyalı hücumlar müstəqil jurnalistikanı susdurmaq cəhdidir”
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”