Ölkə

Əli Kərimli KTMT ilə bağlı vəd verməkdə ittiham olunur

12 Fevral, 2026
303

Foto: BBC

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyət əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirildiyini bildirib.

Qurumun fevralın 12-də yaydığı açıqlamada deyilir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, keçmiş baş nazir müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli və digərlərinin hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu dəyişdirməyə cəhd göstərdiklərinə dair şübhələr var.

DTX-nin açıqlamasında Rusiya Azərbaycan Təşkilatları İttifaqı" adıyla qeydiyyatdan keçən və "Milyarderlər İttifaqı" adlandırılan təşkilatdan bəhs edilir. İttihama əsasən, təşkilat 2012-ci ildə xarici ölkənin xüsusi xidmət qurumları tərəfindən Azərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədilə yaradılıb.

Həmçinin iddia edilir ki, həmin qurumun həmtəsisçiləri və rəhbərləri olmuş A.Abbasov, Rüstəm İbrahimbəyli, eləcə də R.Mehdiyev, AXCP sədri Ə.Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı, Qənimət Zahid dövlət hakimiyyətinin zorla ələ keçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə sövdələşiblər:

O da vurğulanır ki, respublikanın müxtəlif rayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü Məmməd İbrahim və digərləri vasitəsilə qəbul etdikləri 933 min 828 manat məbləğində pul vəsaitini, o cümlədən R.Mehdiyevlə A.Abbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərin törədilməsinə yönəldiblər.

DTX iddia edir ki, Milli Şuranın 2013-cü ildə bir xarici dövlətin rəhbərliyinə ünvanladığı gizli məktubda Şuranın fəaliyyətinin dəstəklənməsi xahiş edilmiş, Azərbaycan dövlətinə təzyiq göstərilməsi təklif olunub.

İddialarda vurğulandığına görə, tərəflər Ə.Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli qaydada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv olacağı barədə razılaşıblar.

Həmçinin iddia olunur ki, R. Mehdiyev 2025-ci ilin avqust–sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli fəaliyyət istiqamətlərini əks etdirən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənədi xarici dildə hazırlayaraq köməkçisi vasitəsilə Ə. Kərimliyə çatdırıb.

DTX bildirir ki, R.Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq pul vəsaitini leqallaşdırıb.

“Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zahidov Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov (Ramiz Mehdiyevin köməkçisi) 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib”,- deyə DTX vurğulayıb.

A.Abbasov, F.Qəhrəmanlı və Q.Zahidov Azərbaycan ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində qiyabi həbs-qətimkan tədbiri seçilib.

Yerli mətbuatın yazdığına görə, oktyabrda R.Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 

AXCP sədri Ə.Kərimli və həmin partiyanın rəhbər şəxslərindən M.İbrahim ötən ilin noyabrın 29-da həbs ediliblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 Oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...
Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo