Siyasət

Azərbaycanda 100 nəfər siyasi məhbusun olduğu bildirilir

6 İyun, 2022
2732

Açıq mənbələrdən götürülüb

"Azərbaycan siyasi məhbuslara azadlıq" İttifaqı iyunun 6-da siyasi məhbusların yeni siyahısını dərc edib. Siyahıya 100 nəfər daxil olub. 

"Turan" xəbər verir ki, siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov "siyasi məhbus" anlayışının AŞPA tərəfindən müəyyən edilmiş meyarları əsasında tərtib edib.

21 fevral tarixli əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 26 nəfər azalıb. Bu, Prezidentin 27 may tarixli sərəncamı ilə əfv olunmuş və cəza müddəti başa çatmış məhbuslar sayəsində baş verib. 

Amma siyahıda yeni siyasi məhbusların - bloger Rəşad Ramazanov və "Müsəlman Birliyi" Hərəkatının üzvü Elşən Abbasovun adı var. 

Siyasi məhbuslar 6 qrupda təsnif edilib. "Jurnalistlər və blogerlər" kateqoriyasında 4 nəfərin adı var: "xeberman.com" saytının rəhbəri Polad Aslanov, "yukselis.info" saytının rəhbəri Elçin Məmməd, bloger Aslan Qurbanov və Rəşad Ramazanov.

"Müxalif partiya və hərəkatların üzvləri" qrupunda 9 nəfər var: Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev, Xalq Cəbhəsi Partiyasının üzvləri Niyaməddin, Əhmədov, Aqil Hümbətov, Pünhan Kərimli, Şahin Hacıyev, Mütəllim Orucov, Məlik Rzayev, Almaniyada fəaliyyət göstərən "Azad Azərbaycanı Seç" təşkilatının üzvü Cəfər Mirzəyev və Samir Aşurov.

Maraqlıdır ki, bu qrupdakı beş nəfər AFR-dən deportasiya edildikdən sonra həbs edilmiş Pünhan Kərimli, Mütəllim Orucov, Məlik Rzayev, Cəfər Mirzəyev və Samir Aşurovdur.

"Dindarlar" qrupunda 19 nəfər var: İslam Partiyasının lideri Mövsüm Səmədov, onun bu vəzifədəki varisi İlham Əliyev, ilahiyyatçılar Abgül Süleymanov və Ceyhun Mustafayev. "Nardaran işi"nin əsas fiqurantları, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə və onun köməkçisi Abbas Hüseynov, habelə ilahiyyatçı Sərdar Babayev də bu qrupdadır.

"Tərtər işi" üzrə həbs edilənlər qrupunda əvvəlki kimi 27, "Gəncə işi" üzrə həbs edilənlər qrupunda da 27 nəfər var.

"Ömürlük məhbuslar" qrupunda əvvəlki kimi 14 nəfər var. Onlardan altısı 1995-ci il qiyamı ilə əlaqədar həbs edilmiş xüsusi təyinatlı polis dəstəsinin keçmiş zabitləri, üçü 1992-1993-cü illərdə Qarabağda döyüşmüş "Qaranquş" dəstəsinin üzvləri və beşi keçmiş baş nazir Sürət Hüseynovun işi üzrə həbs edilənlərdir. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub 

14 Sentyabr 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin Azərbaycandan çıxışına qadağa qoyulub.  Bu barədə siyasətçinin özü sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, çıxışına məhdudiyyət qoyulduğunu sentyabrın 12-i səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanında öyrənib.  "Bildiyiniz kimi mən 2016-cı ildə “Azad Media" mükafatına layiq görülmüşdüm. Mükafatı verən təşkilat bu ilin 17-19 sentyabr tarixlərində keçirəcəyi tədbirə məni də dəvət etmişdi. Belə planladım ki, tədbirdən bir neçə gün qabaq Gürcüstana gedim, oradakı qohumlara baş çəkim, sonra tədbirə qatılmaq üçün Vilnüsə gedim", - o qeyd edib.  S.Həziyə çıxışına Daxili İşlər Nazirliyi tərəfindən qadağa qoyulduğu deyilsə də, səbəbi izah edilməyib....
Siyasət

AŞPA baş məruzəçisi Anar Məmmədli və Anar Abdullaya verilən hökmləri “özbaşına” adlandırıb

11 Sentyabr 2026

sosial media

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 13 il həbsə məhkum edilməsi barədə bəyanat yayıb. AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Azadeh Rojhan yaydığı açıqlamada Anar Məmmədliyə verilən 13 illik həbs cəzasının siyasi motivli göründüyünü və ədalətli məhkəmə təminatlarının olmadığını bildirib.  “İctimai fəal, jurnalist və eyni iş üzrə təqsirləndirilən Anar Abdullayevə verilən 12 illik həbs cəzası ilə birlikdə elan olunan bu özbaşına hökmdən şoka düşmüşəm”, - A. Rojhan bildirib. Rojhanın sözlərinə görə, Anar Məmmədliyə verilən hökm AŞPA-nın onun məhkəməyəqədər həbsi və təqibinin siyasi motivli olması barədə əvvəlki qənaətini daha da gücləndirir: “Assambleya bu...

Seçilmiş Videolar

Toplum TV loqo